Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DTX-dan xüsusi əməliyyat: saxlanılanlar var

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən kompleks araşdırmalar zamanı Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib

Bu barədə Oxu.Az-a DTX-nın İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə iştirak etmə), 283-1.3 (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılır.

Müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşları Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fəhrad oğlu, Məmmədov Namiq Natiq oğlu və digərləri 2017-ci ilin oktyabr ayından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 000 ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin ediblər.

Qeyd olunan şəxslər cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırmalar davam edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar