Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Slovakiyanın Baş nazirlərinin görüşü olub - Foto

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov noyabrın 13-də ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini ilə görüşüb

Əvvəlcə Azərbaycanın və Slovakiyanın Baş nazirlərinin təkbətək görüşü olub.

Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Sonra Baş nazir Novruz Məmmədovun və Baş nazir Peter Pelleqrininin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Azərbaycan ilə dost Slovakiya arasında yaxşı əlaqələrin olduğunu bildirən Novruz Məmmədov qeyd edib ki, Baş nazir Peter Pelleqrininin ölkəmizə səfəri ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Baş naziri ölkələrimizin xalqları arasında yaxınlaşmanın önəmini də vurğulayıb. “Hesab edirəm ki, Azərbaycan ilə Slovakiya arasında beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli müstəvidə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlər mövcuddur”, - Novruz Məmmədov bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan Baş nazir Novruz Məmmədov problemin həllində Azərbaycanın prinsipial və ədalətli mövqeyi barədə həmkarına ətraflı məlumat verib. Bildirib ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Baş nazir son illər ölkəmizdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyini, bunun üçün mükəmməl infrastrukturun yaradıldığını bildirərək Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinin irəli sürüldüyünü diqqətə çatdırıb və bu məsələdə Slovakiyanın Azərbaycana dəstək verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Slovakiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin olduğunu qeyd edən Baş nazir Peter Pelleqrini ölkəsinin bu əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib. Slovakiyanın Baş naziri əməkdaşlığın dayanıqlı inkişafının təmini məqsədilə iki ölkə arasındakı münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Söhbət zamanı Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunun əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb, həmçinin iki ölkə arasında sənaye, energetika, kənd təsərrüfatı, turizm, İKT və nəqliyyat sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay