Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vərəmə yoluxmanın daha çox olduğu rayonların adları açıqlanıb –Siyahı

“Bu ilin 6 ayı ərzində Azərbaycanda uşaq və yeniyetmələr arasında 2 nəfərdə ilkin vərəm kompleksi, 31 nəfərdə ocaqlı vərəm, 81 nəfərdə infiltrativ vərəm, 7 nəfərdə vərəmin gecikmiş forması aşkarlanıb”

Bunu Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova “Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşma” mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən il dərmana davamlı xəstələrin 16 faizində ölüm müşahidə edilib: “Ümumilikdə, 59 faizdə müalicə uğurlu, 19 faizdə uğursuz olub, 6 faiz xəstə isə sonrakı müşahidələrə gəlməyib”.

H.Qədirova bildirib ki, keçən ilin iyunundan bu ilin oktyabr ayına kimi geniş saylı dərmanlara davamlı 345 xəstədən 325 nəfəri müalicəyə cəlb olunub: “Onlardan 11 nəfəri müalicədən imtina edib, 14-ü dünyasını dəyişib, 11-i rejimi pozub, 1-i isə Gürcüstana köçürülüb. Müalicəyə başlamayan 20 nəfərdən də 11-i ölüb”.

İnstitut direktoru qeyd edib ki, vərəmə yoluxmanın ən yüksək göstəriciləri Bərdə, Mingəçevir, Yevlax, GöyçayQazaxda qeydə alınıb: “Uşaq və yeniyetmələr arasında isə Yevlax, Xızı, Bərdə, Saatlı və Mingəçevirdə yüksək yoluxma göstəriciləri olub. Vərəmli xəstələrin İİV müayinəsinə cəlb olunma göstərici ölkə üzrə 81 faiz təşkil edib. Yalnız dörd rayonda – Tərtər, Neftçala, GöygölLerikdə bu müayinələr 100 faiz aparılıb. Cəlilabad, Abşeron, Bərdə, ŞamaxıFüzuli rayonlarında vərəmli xəstələrin İİV müayinəsinə cəlb olunması 50 faizdən az olub”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar