Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maqnit qasırğası başladı - Fəsadlarını azaltmağın yolları

Geomaqnit sahə son 24 saat ərzində müsbət qütblülüyə malik CH HSS effektindən əvvəl CIR-in Yerə çatması səbəbindən G1 (Minor) qasırğa səviyyəsinə çatıb

AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, G1 qasırğa səviyyəsi əsasən noyabrın 4-də müşahidə edilib. Günəş aktivliyinin növbəti 5-7 noyabr tarixlərində çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

Proqnoz dövründə ilk gün (5 noyabr) geomaqnit sahədə qasırğa səbəbi G1-G2 (Minor – Moderate) səviyyəsinə qədər qalxacaq. Növbəti gün (6 noyabr) bu qasırğa səviyyəsinin davam edəcəyi, 7 noyabr tarixində isə nisbətən zəifləyəcəyi gözlənilir. Lakin sonuncu proqnoz günü də (7 noyabr) fasilərlə həyəcanlanmaların olacağı istisna edilmir.

Rəsədxanadan bildirilib ki, geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlanmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcanlanmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stress və depressiya tipli hissiyat meydana gətirə bilər:

“Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmayasınız, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlanmalarının sağlamlığa mənfi təsiri riskini azaldır”.(yenicag.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Ən çox oxunanalar