Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yerevanda Rus Dram Teatrını bağlayırlar

Ermənistanda hakimiyyət başında olan “Soros kabineti” Rusiyaya qarşı daha bir demarş həyata keçirməyə hazırlaşır

Virtualaz.org “Regnum” erməni agentliyinə istinadən xəbər verir ki, YerevandaStanislavski adına Rus Dram teatrını bağlamağa hazırlıq gedir. Bu işin arxasında Mədəniyyət Nazirliyi və Qərb fondlarının maliyyələşdirdiyi QHT-lərdən birinin rəhbəri olmuş nazir Lilit Makunts dayanır. Belə ki, nazirlik teatra Ermənistanda tanınmış rejissor Suren Şahverdiyanı bədii rəhbər təyin etməyə hazırlaşır. Bu həmin Şahverdiyandır ki, Ermənistanda ümumiyyətlə rus teatrının mövcud olmasını absurd sayır. Hesab edir ki, müstəqil Ermənistanda rus teatrı ola bilməz.

Şahverdiyanın fikrincə Yerevanın mərkəzində yerləşən Rus Dram Teatrının binasında hansısa rus teatrı deyil, sadəcə olaraq teatr yerləşməlidir. On illiklər boyu rus teatrı əvəzolunmaz rəhbəri Aleksandr Qriqoryanın hesabına ayaqda qalıb. Hazırda isə situasiya dəyişib-rus teatrı erməniləşib və onun aktyorları rus dilindən çox erməni dilində danışırlar, populyar erməni seriallarına çəkilirlər.

Teatrın bədii rəhbəri olmağa digər namizəd uzun müddətdir Moskvada işləyən Karen Neersisyandır. O, teatrın ənənələrini bərpa etməyə hazır olduğunu deyir, lakin nazirlik məhz Şahverdiyanın namizədliyini dəstəkləyir. Şahverdiyan isə bədii rəhbər olandan sonra teatrı ya bağlayacaq, ya da tamamilə erməniləşdirəcək.

Xatırladaq ki, Bakının mərkəzində Akademik Rus Dram Teatrı fəaliyyət göstərir və bu teatrın fəaliyyətini dayandırmaq, yaxud onu “milliləşdirmək” indiyə qədər heç kimin ağlına gəlməyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Ən çox oxunanalar