Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampa qarşı “vergidən yayınma” iddiası - ABŞ qarışdı

Trampın ailəsinin “vergidən yayınma”lara kömək etdiyini iddia edən xəbər, Amerika ictimaiyyətinin gündəminə oturub

ABŞ-ın aparıcı qəzetlərindən “Nyu-York Tayms”-da (NYT) dərc olunan və ABŞ prezidenti Donald Trampın ailəsinin “vergidən yayınma”lara kömək etdiyini iddia edən xəbər, Amerika ictimaiyyətində böyük əks-səda yaradıb.

Son dövrdə verdiyi xəbərlərlə tez-tez prezident Trampın “yalan xəbər" iradlarının hədəfində olan “NYT”, dünən dərc etdiyi araşdırma yazısında Trampın ailəsinin milyonlarla dollar vergidən yayınmağa yardım etdiyini iddia edib. ABŞ mətbuatının manşetdən verdiyi xəbər, Tramp cəbhəsində sərt tənqidlərə səbəb olub.

Tramp, Twitter hesabından verdiyi açıqlamada, “New York Times” mənim daha əvvəl heç etmədiyim bir şeyi, etdim, kimi göstərdi. Pulun bu andakı dəyəri konsepsiyasını istifadə etdilər” deyə, qeyd edib.

“NYT”-nin xəbərlərinin 97 faizinin özünü pis göstərdiyini deyən Tramp, Amerikanın prezident seçkilərinə işarə edərək "Pis seçki ehtimalından xilas ola bilmədilər” deyə, bildirib.

Ağ Evin sözçüsü Sarah Sanders da dünən verdiyi açıqlamada, “Fred Tramp həyatını itirməsindən 20 il keçib və “New York Times”-ın Tramp ailəsinə yönəlik yanlış istiqamətverici xəbərlərinə şahidlik etmək istəməsi kədərlidir" deyə söyləyib.

ABŞ Vergi İdarəsinin (IRS) bu əməliyyatları illər əvvəl araşdırıb, bitirdiyinə işarə edən Sanders, “NYT və digər mətbuat orqanlarının Amerika xalqındakı etibarlılığı hazırda çox aşağıdır, çünki xəbər vermək əvəzinə 24 saat Tramp və ailəsinə hücum edirlər” deyib.

Sanders, “New York Times”-dan bir üzr gözlədiklərini də deyib. (muxalifet.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay