Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəs Qarayev Perunun səfiri ilə görüşdü

Bu gün mədəniyyət naziri Əbülfəs Qarayev ilə Peru Respublikasının ölkəmizdəki səfiri xanım Mariya Milaqros Kastanyon Seoane arasında görüş keçirilib

Görüşdə iki ölkə arasında əməkdaşlıq, qarşılıqlı layihələrin həyata keçirilməsi məsələləri müzakirə edildi. Görüş zamanı həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Peru Respublikası Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin imzaya hazır olduğu bildirildi və xanım səfir sazişin imzalanması məqsədilə Əbülfəs Qarayevi Peruya səfərə dəvət etdi.

Əbülfəs Qarayev, öz növbəsində Peru tərəfini cari ilin 25-26 oktyabr tarixlərində keçiriləcək VI Bakı Beynəlxalq Humanitar Forumu və 2019-cu ildə ölkəmizdə təşkil olunacaq V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət etdi.

Görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində, xüsusilə arxeoloji qazıntılar, incəsənət və memarlıq sahələri üzrə əməkdaşlığın inkişafının vacibliyi vurğulandı.

Sonda səfir səmimi qəbula görə təşəkkürünü bildirdi və iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın məhsuldar olacağına inamını ifadə etdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Ən çox oxunanalar