Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ərdoğanla olan şəklimdən siyasi məqsədlər üçün istifadə edənlər oldu"

İngiltərənin “Mançester Siti” klubunun türk əsilli futbolçusu İlkay Gündoğan Almaniya millisindəki karyerasını başa vurmaq niyyətində olmadığını açıqlayıb

“Report” xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Bild”ə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla olan şəklinin siyasi məqsədlərlə istifadə edildiyini də bildirib:

“Almaniyadakı bütün həyatım boyu yalnız müsbət şeylər yaşamışam. Amma Ərdoğanla olan şəklimdən siyasi məqsədlər üçün istifadə edənlər oldu. Həmçinin bəziləri rasizmə yol verdilər. Amma mən qaçmaq istəmirəm. Yoahim Löv çağırsa, Almaniya millisində oynamağa davam etmək niyyətindəyəm”.

Qeyd edək ki, İlkay Gündoğanın Mesut Özil və Cenk Tosunla birgə R.T.Ərdoğanla çəkdirdikləri şəkil 2018-ci il dünya çempionatı ərəfəsində Almaniyada qalmaqala səbəb olub. Həmçinin yarış ərəfəsində Bundestimin düşərgəsində əcnəbi kökənli futbolçularla yerlilər arasında qarşıdurma baş verdiyi bildirilir. Almaniya millisi tarixində ilk dəfə Rusiyada təşkil olunan mundialda qrupda qalıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Qərb Rusiyanın təhdidlərinə boyun əyir, nüvə müharibəsi yaxınlaşır

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

Müharibənin ən bahalı 24 saatı: Ruslar Pokrovsk yolunda "rekord" qırıb...

Ən çox oxunanalar