Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nə oldu elə, kapitanlıq verilən kimi himni oxumadım?"

"Səbail" klubunun kapitanı və Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyevin Premyer Liqanın ilk turunda səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra müsahibəsi...

"Səbail" çempionata ağır məğlubiyyətlə başladı. Nə baş verdi ki, startdaca belə nəticə qeydə alındı?


İlk turun matçları həmişə çətin olur. Buna baxmayaraq, inanırdıq ki, Qəbələdən ən azı xalla qayıdacağıq. Səfərdə çıxış edirdik və rəqibi əks-hücumlarda tutmalı idik. Ancaq elə oldu ki, bizi əks-hücumlarda yaxaladılar. Səhvlərimizi analiz edəcəyik. Komanda hələ tam hazır deyil. Çalışacağıq ki, səhvlərimiz gələn qarşılaşmalarda olmasın.


-Böyükhesablı məğlubiyyətinizdə həlledici amil nə oldu?


-Öz səhvlərimizdən qollar buraxdıq. Düzdür, futbol səhvsiz olmur. Rəqib də çempionluğa oynayan komandadır və xırda səhvləri bağışlamır.


-B-əlkə komandanlz lazımınca güclənməyib, yeni transferlərə ehtiyac var?


-Transfer barədə baş məşqçisdən soruşsanız, daha yaxşı olar. Bu məsələyə toxunmaq istəmirəm.  


Hələ oyun gedə-gedə internetdə, sosial şəbəkələrdə yazdılar ki, Rahid Əmirquliyev yenə himni oxumadı. Buna aydınlıq gətirərdiniz: himni niyə oxumursunuz?


- Oxuyuram.


-Ancaq video bunun əksini göstərir...


-Ola bilər ki, hansısa epizodu göstəriblər... Kiminsə marağı var ki, bunu qabartsın. Rahid həmişə himni oxuyub. Nə oldu elə, millidə 60 oyun keçirdim, hər dəfə himn oxudum, kapitanlıq verilən kimi oxumadım? Bilmirəm, bunu kim çıxarıb yazır. Özləri bilərlər. Himni yaxşı bilirəm də, oxumuşam da...


-Yəni, deyiənləri əsasız sayırsan?


- Bəli. U-17-dən başlayaraq bütün millilərdə çıxış etmişəm və heç vaxt belə söhbət olmayıb. Nə oldu, məhz kapitan olanda oxumadım?(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Paris-2024: Sərbəst güləşçisimuz bürünc medal qazanıb

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay