Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarğıdalının faydaları

Qarğıdalı sağlamlıq üçün lazım olan kalorini təmin etməklə yanaşı, A, B və E vitamini baxımından da zəngin bir bitki mənşəli mənbədir

Yüksək miqdarda lif tərkibinə malik olan qarğıdalı, karotin baxımından da zəngindir. Qarğıdalı ferul turşusu, beta karotin, vanilin turşusu, kumarin turşusu, kofein turşusu və sirenqik turşusu kimi bəzi bitki mənşəli qida komponentlərini özündə birləşdirir. Yaxşı bir maqnezium mənbəyi olan qarğıdalı, manqan, dəmir və mis mineralları baxımından da yaxşı bir qida mənbəyidir.

Qarğıdalının sağlamlığa faydaları nələrdir?

Bol miqdarda lif ehtiva edən qarğıdalı həzm sistemi xəstəliklərinin qarşısını alır, qəbizlik, hemoroid və kolorektal xərçəngi kimi xəstəliklərinin qarşısını alır. Yaxşı bir antioksidant mənbəyi olan qarğıdalı bu sayədə bir antikanserogen qida mənbəyidir.

Qarğıdalı Alzheymer xəstəliyi təhlükəsini azaltmağa kömək edir və ürək xəstəlikləri riskini azaldır. Yüksək təzyiqi aşağı sala bilən qarğıdalı, anemiya riskini də azaldır, xolesterol və qanda şəkəri tənzimləyir. Bunlara əlavə olaraq qarğıdalı dərinin sağlamlığını da qoruyur.

100 qram qarğıdalı 342 kalori deməkdir. Bunun üçün də qarğıdalı sürətli şəkildə çəki artımına səbəb ola bilir. Xüsusilə, az çəki problemi olan arıq insanlar üçün faydalı olan qarğıdalı, maddələr mübadiləsi və bədən üçün çox yaxşı bir enerji mənbəyidir.

Yüksək lif tərkibi sayəsində qarğıdalı həzm sistemi sağlamlığını qoruyar və həzm problemləri təhlükəsini azaldır. Gündəlik qəbul edilməsi tövsiyə olunan lifin, təxminən 18.4%-ni təmin edən qarğıdalı, qəbizlik və hemoroid kimi həzm problemləri ilə mübarizə aparır. Qarğıdalı yoğun bağırsaq xərçəngi təhlükəsini azaldır, bağırsaq hərəkətlərini nizamlayır.

Bol miqdarda qarğıdalı istehlak etməyin zərəri ola bilərmi?

Qarğıdalı yüksək nisbətdə beta karotin və A vitamini ehtiva etməkdədir. Sağlamlıq üçün faydalı olan beta karotin və A vitamini siqaret istifadə edənlər üçün faydadan daha çox zərərli təsir göstərir. Mütəmadi olaraq siqaret çəkən şəxslər bol miqdarda qarğıdalı istehlak etdikləri təqdirdə, ağciyər xərçəngi risklərini də artırmış olurlar.

Yüksək miqdarda yağ turşuları ehtiva edən qarğıdalı həm ürək xəstəlikləri baxımından risk qrupunda olanlar üçün, həm də ürək xəstələri üçün təhlükəli vəziyyət yaradır.

Bol miqdarda istehlak edilən qarğıdalı qandakı şəkər səviyyəsini yüksəldə bilər.

Bol miqdarda qarğıdalı yemək artıq çəki almağa səbəb ola bilər. (deyerler.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Rusiya Kiyev vilayətini atəşə tutub, ölənlər və yaralananlar var

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay