Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dünən Yunislə birlikdə qarpız yeyib, çay içmişik...” - Vəkil


Xəbər verdiyimiz kimi, iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan atəş açılıb. İcra başçısı və mühafizəçisinə atəş açan şəxs 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovdur. Maraqlısı odur ki, sosial şəbəkələrdə paylaşılan şəkillərdə Yunis Səfərovun polis tərəfindən işgəncələrə məruz qaldığı, hətta öldürüldüyü bildirilir


Bununla bağlı big.az-a açıqlama verən vəkil Elman Ağayev bildirib ki, Yunisin ölməsi ilə bağlı iddialar əsasızdır. İstintaq getdiyi üçün əlavə məlumatlar verə bilmərəm. Tək onu deyə bilərəm ki, Yunis sağ-salamatdır. Mətbuatda döyülməsi məsələsi çox şişirdilib. Mən iyulun 4-ü onu görəndə döyülmüş insan kimi hərəkət etmirdi. Mənimlə normal danışırdı. Üzündəki xəsarəti soruşanda bildirdi ki, polislər onu yaxalamaq istəyərkən olub. Mən onun bütün bədəninə baxmışam. Ondan əlavə heç bir xəsarəti yoxdur. İyulun 5-də də görmüşəm. Hər dəfə onunla görüşəndə döyülüb-döyülməməsini soruşuram. Hətta bədəninə baxıram. Ailəsi ilə əlaqəm hələ ki olmayıb. Buna, düzü, vaxt da tapa bilmirəm. Ziyalı, hüquqşünas bir oğlandır. Savadlı bir gəncdir. Vəkil kimi olmasa da, qanunu biləndir.

"Peşmandırmı?" sualına vəkil onu zamanı gələndə Yunisin özü bildirəcəyini vurğulayıb: "Amma onun döyülməsi haqqında çıxan informasiyalar yalandır. Ən azından mən vəkiləm. İstəmərəm ki, müdafiə etdiyim şəxsə qarşı kimsə zor tətbiq etsin. Əgər belə bir şey olsa hər kəsə deyərəm. Hətta onu müdafiə etməkdən belə imtina edərəm. Yunis sağ-salamatdır. Dünən mənimlə birgə qarpız da yeyib, çay içib. Mənimlə rahat danışır. Bu hadisəni törədən şəxsdə təbii ki, müəyyən sıxıntı olacaq. Onu sadəcə bu gün görməmişəm. Vaxt edib gedib bu gün də görüşməyə çalışacam".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar