Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyada xeyli qüvvələr var ki, Azərbaycana dəstək verməyə çalışırlar”


Bu gün Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində keçirilən "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans hər iki ölkə üçün böyük əhəmiyyətə malikdir


Bunu Trend-ə konfransda iştirak edən Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri, millət vəkilləri bu konfransda iştirak edirdi və konfransda həm Dağlıq Qarabağ məsələsi, həm Rusiya-Azərbaycan münasibətlərinin gələcək perspektivləri geniş müzakirə olundu:

"Bu konfransın keçirilməsində əsas məqsəd Rusiya-Azərbaycan münasibətlərinin ictimai sistemdə, xüsusilədə ictimai qrumlar tərəfindən daha doğru mənimsənilməsi, daha doğru anlaşılması və daha yaxın münasibətlərin qurulması istiqamətində ictimai rəyi formalaşdırmaqdır. Hesab edirəm ki, çox faydalı müzakirələr oldu, millət vəkilləri, ictimaiyyət nümayəndələri çıxış etdilər və bu konfransların gələcəkdə də davam etdirilməsi qərara alındı".

Deputat qeyd edib ki, bu konfrans həm də ona görə mühüm əhəmiyyət daşıyır ki, Rusiyada Azərbaycana yönəlilk müsbət fikirlərin, yanaşmaların olması Rusiyanın özünə də xeyirlidir: "Eyni zamanda Rusiyanın Azərbaycanla strateji tərəfdaşlıq edən ölkə olması fikrinin də Rusiyada aşılanması baxımından bu konfrans daha faydalı idi. Hesab edirəm ki, Rusiyada xeyli qüvvələr var ki, Azərbaycanın önəmini daha çox görməyə başlayıblar və Azərbaycana dəstək verməyə çalışırlar ".

Deputat vurğulayıb ki, rusiyalı nümayəndələri Azərbaycan əsgərlərini ziyarət etdilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

BMT israilli girovların öldürülməsi ilə bağlı araşdırma aparmağa çağırıb

BMT Təhlükəsizlik Şurasına rəhbərlik Sloveniyaya keçib

ABŞ Maduroya qarşı bir sıra tədbirlər görəcəyini istisna etmir

Ən çox oxunanalar