Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərlilər Silahlı Qüvvələr Gününü əsgər və zabitlərlə birgə qeyd ediblər

Daim ordumuzla bir yerdə olan tərtərlilər Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyini rayon ərazisindəki hərbi hissələrdə əsgər və zabitlərlə birgə qeyd ediblər


Rayon ictimaiyyətinin nümayəndələri və ərazidə xidmət edən hərbi qulluqçular əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. 

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, müharibə veteranlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirlərdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əsgər və zabitlərə təbrik məktubu oxunub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, əsgər və zabitləri Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycanda ordu quruculuğu prosesindən danışan natiq bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə yaranan silahlı qüvvələr həmin dövrdə Qarabağda, Bakı və ətraf ərazilərdə aparılan hərbi əməliyyatlarda düşməni ağır məğlubiyyətə uğradaraq ölkənin ərazi bütövlüyünün müdafiəsini təmin edib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin ordu quruculuğunda xidmətlərindən bəhs edən M.Məmmədov bildirib ki, Ulu Öndər 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratmaqla gənclərimizin bu istiqamətdə təhsil almalarını təmin edib.
Diqqətə çatdırılıb ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. 1993-cü ildən sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Silahlı Qüvvələrdə struktur və kadr dəyişikliyi həyata keçirilməyə başladı, vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu.

Ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq son illərdə Prezident, Ali Baş komandan İlham Əliyevin diqqət və qayğısı ilə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək qüdrətlənib. Ordumuzun maddi-texniki bazası möhkəmlənib, müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülüb, döyüş qabiliyyəti artıb.
“2016-cı ilin aprel ayında cəbhə xəttində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin işğaldan azad edilməsi bir daha sübut etdi ki, Azərbaycanın güclü ordusu var. Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Ordusunun keçirdiyi əməliyyatı da Silahlı Qüvvələrimizin uğurları sırasındadır. Həmin əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi işğaldan azad edildi. İnanırıq ki, Cocuq Mərcanlıdan başlanan qayıdış Qarabağa böyük qayıdışla başa çatacaqdır. Azərbaycan bayrağı tezliklə işğal altında olan digər ərazilərimizdə də dalğalanacaqdır” – deyə M.Məmmədov bildirib. 

Digər çıxış edənlər də Vətənimizin müdafiəçilərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan ordusunun gücü sayəsində işğal altında olan bütün torpaqlarımızın azad olunacağına əminliklərini ifadə ediblər. 

Tədbirdə xidmətdə fərqlənən zabit və əsgərlərə və həmçinin Azərbaycanın Əməkdar Artisti Aybəniz Haşımova rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. 

Tədbirlərdə Azərbaycanın Əməkdar Artisti Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Sənət Akademiyası”nın və rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin səsləndirdikləri musiqi nümunələri tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratdı.

Həmin gün Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi “Əsgərə məktub” layihəsi çərçivəsində “N” nömrəli hərbi hissədə görüş keçirib.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

BMT israilli girovların öldürülməsi ilə bağlı araşdırma aparmağa çağırıb

BMT Təhlükəsizlik Şurasına rəhbərlik Sloveniyaya keçib

ABŞ Maduroya qarşı bir sıra tədbirlər görəcəyini istisna etmir

Ən çox oxunanalar