Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək


Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək


Apasport.az saytının məlumatına görə, baş tutacaq 4 oyun Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.

Avrokuboklarda Türkiyənin yeganə təmsilçisi olan “Beşiktaş” “Lion”la qarşılaşacaq. Fransada baş tutacaq oyunda “qara qartal”ın hədəfi ikinci oyun üçün vətənə sərfəli nəticə ilə dönməkdir. İstər daxili arenada, istərsə də Avrokuboklarda olduqca uğurlu mövsüm keçirən istanbulluların hədəfi ən az finala qədər irəliləməkdir. Ancaq bu oyun Şenol Günəşin komandası üçün o qədər də asan olmayacaq. Belə ki, əsas oyunçuları Abubakar və Quarejmanın uyğun olaraq cəza və zədə səbəbindən oynamaması komandanın işini çətinləşdirir. “Beşiktaş”dan fərqli olaraq yaxşı günlər keçirməyən “Lion”da isə ciddi itki yoxdur. “Roma”nı geridə qoyaraq türklərə rəqib olan komanda yenidən parlaq dönəmlərinə qayıtmaq istəyir.

Turnirin əsas favoriti “Mançester Yunayted” isə Belçika səfərinə yollanacaq. “Qırmızı şeytanlar”ın rəqibi “Anderlext” olacaq. Fil Cons, Xuan Mata, Ueyn Runi, Kris Smollinq və Eşli Yanqın xidmətindən məhrum olan ingiltərəliləri David De Xeanın vəziyyətinin qeyri-müəyyən olması da narahat edir. İngiltərə Premyer Liqasında ilk “4-lüy”ə düşmək şansını xeyli çətinə salan Joze Mourinyonun komandası üçün gələn mövsüm Çempionlar Liqasına qatılmağın ən rahat yolu məhz Avroliqadan keçir.

1/4 final mərhələsinin digər matçlarında “Ayaks” “Şalke”ni, “Selta” isə “Genk”i qəbul edəcək. Bu komandalar arasında yalnız “Ayaks”ın ölkə çempionatından ÇL-ə yollanmaq şansı qalır. Hollandiya təmsilçisi yenidən Avropa arenasında titul qazanmağa çalışacaqsa, digər 3 komanda sürpriz edərək, finala qədər irəliləmək niyyətindədir.

Avropa Liqası
1/4 final mərhələsi, ilk oyunlar

13 aprel

23:05. “Lion” (Fransa) – “Beşiktaş” (Türkiyə)
23:05. “Anderlext” (Belçika) – “Mançester Yunayted” (İngiltərə)
23:05. “Ayaks” (Hollandiya) – “Şalke” (Almaniya)
23:05. “Selta” (İspaniya) – “Genk” (Belçika)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar