UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə “Feyenord”la qarşılaşacaq “Mançester Yunayted” Hollandiyaya əsas oyunçularından bir çoxunu aparmayıb
Apasport.az saytının məlumatına görə, baş məşqçi Joze Mourinyo ulduz futbolçularına istrahət imkanı yaradıb.
Belə ki, klub tərəfindən verilən rəsmi açıqlamada bildirilib ki, Ueyn Runi, Henrik Mxitaryan, Lyuk Şou, Cessi Linqard və Antonio Valensiya komanda ilə birlikdə Amsterdama getməyib.
İngiltərə mətbuatı isə portuqaliyalı çalışdırıcının bu qərarını Avropanın ikinci dərəcəli klub turnirinə marağının olmaması ilə əsaslandırıb.
pia.az