Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda “Son zəng” tədbirləri keçirildi - Fotolar

14 iyun 2019-cu il tarixdə Nəsimi rayonunun  bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri təntənəli şəkildə qeyd olunub

 

Bununla əlaqədar məktəblərdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən hazırlıq işləri aparılmış, onlar bilik bayramının yüksək səviyyədə keçirilməsi, məzunların  yaddaşlarında uzun illər ərzində qalması üçün əllərindən gələni etmişlər.

23 və 211 saylı tam orta məktəblərdə keçirilən “Son zəng” tədbirində  iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək  bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətə qadir, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Azərbaycan gənclərinin təhsil almaları üçün dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaları üçün hər çür şərait yaradılıb. Belə bir mühitdə təhsil alan məzunlar Azərbaycanın inkişaf etdirilməsi üçün çalışmalı, ölkəmizin uğurlarına yeni uğurlar qazandırmaq üçün bütün qüvvələrini sərf etməlidirlər.

Asif Əsgərov qeyd etdi ki,  Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev Fondunun müstəsna xidmətləri də xüsusi vurğulanmalıdır.Heydər Əliyev Fondu tərəfindən məktəblər əsaslı şəkildə təmir olunur, məktəblilərin təhsil almaları üçün lazımi şərait yaradılır. Ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan qayğı Azərbaycan Respublikasının Birinci vitse -  prezidenti Mehriban xanım Əliyevanın təhsilə olan diqqətinin bariz nümunəsidir. 

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı  Asif Əsgərov müstəqil həyatın  astanasında duran məzunlara uğurlar,  olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləmişdir.

“Son Zəng” tədbirlərində iştirak edən məzunlar, onların valideynləri və müəllimləri Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib, bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzulayıb. “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir.

pia.az

 

Fotolar




Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var - Yenilənib

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

Ən çox oxunanalar