Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft savaşı: iki ölkə anlaşa bilmədi - Son durum

1991-ci ildə SSRİ-nin dağılmasından bəri dünya bazarlarında neftin qiyməti ilk dəfə kəskin şəkildə ucuzlaşıb...

PİA.az xəbər verir ki, üç ildir qiymət məsələsində tarazlığı qoruyan Səudiyyə ƏrəbistanıRusiya bu dəfə anlaşa bilməyib.

Rusiya OPEK-in tələbinin əksinə olaraq, gündəlik hasilatı azaltmaqdan imtina edib. Səudiyyə Ərəbistanı isə Rusiyaya cavab olaraq, ixrac etdiyi neftin qiymətinin aşağı salınması qərarını verib. Bundan sonra dünya bazarlarında “Brent” markalı neftin qiyməti 30 faiz ucuzlaşaraq 31.7 dollara düşüb.

Ötən həftənin sonunda OPEK-in keçirdiyi toplantının nəticəsiz qalmasından sonra dünya bazarlarınsda “qara qızıl”ın qiymətləri 45 dollara qədər geriləmişdi. Bu, 2017-ci ildən bəri ən aşağı qiymət sayılır. Bu həftə isə qiymətlər 35 dollar bariyerini də keçərək ən aşağı həddə düşüb.

Qiymətlərin kəskin ucuzlaşması ilk Səudiyyə Ərəbistanı birjasını vurub. Səudiyyə nəhəngi “Aramco”nun səhmləri 9 faizdən çox dəyər itirib. Səudiyyənin digər şirkəti “Tadawul”ın isə dəyər itkisi 8.3 faiz olub.

Küveyt birjası 10 faiz dəyər itirməsindən sonra bazarda durğunluq yaranıb, Dubay birjasının itkisi 7.9, Əbu-Dabinin 5.4, İsrailin 4.5, Misirin 4, Bəhreynin 3.4, Qətərin 2.9, Omanın isə 2.8 olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay