Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft Fondunun Rusiyadakı aktivlərinin taleyi necə olacaq? - ARDNF-ni yüz milyonlarla ziyan gözləyir...

Fondun 45 milyard dollarlıq aktivlərinin 0,6 faizi Rusiya rublunda saxlanır. bu aktivləri Rusiyadan çıxarmaq mümkündür, yoxsa artıq gecdir?..

İqtisadçı-alim: “Bu səhmlər artıq əvvəlki dəyərindən qat-qat ucuza satılacaq. Yəni böyük ehtimalla ARDNF Rusiyadakı aktivlərini ziyan edəcək”.

“Rus rublunun ABŞ dollarına nisbətdə ucuzlaşması təbii olaraq ARDNF-nun rus rublundakı aktivlərinin dəyərdən düşməsinə səbəb olur”.

Bu sözləri iqtisadçı-alim Vüsalə Əhmədova Rusiyaya qarşı sanksiyalara davam edirkən və rubl sürətlə qiymətsizləşərkən, Neft Fondunun Rusiyadakı aktivlərinin taleyini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan Dövlət Neft Fondunun 45 milyard dollarlıq aktivlərinin 0,6 faizi Rusiya rublunda saxlanır. Fondun Rusiyanın sanksiyaya məruz qalan və SWIFT-dən kənarlaşdırılan VTB Bankındakı 500 milyon dollarlıq sərmayəsi də ciddi dəyər itirib.

Rusiyaya qarşı sanksiyalara davam edirkən və rubl sürətlə dəyərsizləşərkən, Neft Fondunun Rusiyadakı aktivlərinin taleyi necə olacaq? Ümumiyyətlə bu aktivləri Rusiyadan çıxarmaq mümkündür, yoxsa artıq gecdir?

PİA.az-ın əməkdaşı mövzunu iqtisadçı-alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “ARDNF VTB bankın ümumi səhm kapitalında 2,95%-lik paya malikdir. Xüsusilə VTB bankına tətbiq edilən sanksiyadan sonra bu bankın səhmlərinin ucuzlaşması Neft Fondunun aktivlərinə zərər yetirir”.

Rusiya Mərkəzi Bankının daha əvvəl mümkün sanksiyalardan qorunmaq üçün MİR adı verilmiş bir ödəmə sistemini yaratdığını xatırladan iqtisadçı-alim PİA.az-a bildirib ki, hələlik yalnız bir neçə xarici ölkə bu sistemdən istifadə edir:

“SWIFT-dən çıxarılan Rusiya qurumları, SWIFT tərəfindən təmin olunan normal və anlıq əməliyyatlardan artıq istifadə edə bilmirlər. Bu durumda, Rusiya bankları ilə əməliyyatlar aparan maliyyə və ticari təşkilatlar bu banklarla birbaşa razılaşma əldə etmək məcburiyyətindədir. Bu da təbii olaraq gecikmələrə və əlavə xərclərə gətirib çıxarır.

Bundan əlavə, Rusiya Mərkəzi Bankı daha əvvəl mümkün sanksiyalardan qorunmaq üçün MİR adı verilmiş bir ödəmə sistemi yaratmışdı. Lakin, hələlik yalnız bir neçə xarici ölkə bu sistemdən istifadə edir. Sanksiyalar səbəbiylə artıq bu sistemin genişlənəcəyi gözləniləndir.

Azərbaycan Dövlət Neft Fondunun rus rublunda saxladığı 270 milyon dollarlıq aktivlərinə gəlincə, rus rublunun ABŞ dollarına nisbətdə ucuzlaşması təbii olaraq ARDNF-nun rus rublundakı aktivlərinin dəyərdən düşməsinə səbəb olur. Hazırda ADNF Rusiyada yatırımları daşınmaz əmlak və "Bank VTB" ASC-nin səhmlərinə edilmiş investisiyalardan ibarətdir və bu səhmlərə də yarım milyard xərc çəkilmişdi.

Vüsalə Əhmədova: “Hazırda rublun məzənnəsi rəsmi olaraq 75-dən 110-a qədər geriləyib. Qara bazarda isə bir dollar 170 rubla satılır. Bu da o deməkdir ki, hazırda ARDNF-nin Rusiyadakı aktivləri iki dəfədən artıq ziyan görüb”.

ARDNF VTB bankın ümumi səhm kapitalında 2,95%-lik paya malikdir. Xüsusilə VTB bankına tətbiq edilən sanksiyadan sonra bu bankın səhmlərinin ucuzlaşması Neft Fondunun aktivlərinə zərər yetirir. Rublun isə ucuzlaşması uzun müddət davam edəcək və proqnozlara görə yaxın günlərdə 1 dollar 200 rubla bərabər olacaq. Hazırda isə rublun məzənnəsi rəsmi olaraq 75-dən 110-a qədər geriləyib. Qara bazarda isə bir dollar 170 rubla satılır. Bu da o deməkdir ki, hazırda ARDNF-nin Rusiyadakı aktivləri iki dəfədən artıq ziyan görüb.

Eyni vəziyyət VTB bankın səhmləri ilə bağlı da keçərlidir. Bu səhmlərin günü-gündən ucuzlaması qaçınılmaz olduğuna görə, Azərbaycanın bu səhmləri satması problemli məsələdir. Çünki indi sanksiya altında olan VTB bankın səhmlərinə alıcı tapmaq çətin məsələdir.

Digər tərərfdən isə bu səhmlər artıq əvvəlki dəyərindən qat-qat ucuza satılacaq. Yəni böyük ehtimalla ARDNF Rusiyadakı aktivlərini ziyan edəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay