Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: "Müvafiq ixtisas sənədi olmadan işləyən tərbiyəçi-müəllimlər işdən çıxarılmayacaq"

Nazirlik bu gün 5800 tərbiyəçi-müəllimin müvafiq ixtisas sənədi olmadan işlədiyini açıqlayıb...

"5800 tərbiyəçi-müəllimin müvafiq ixtisas sənədi olmadan işləməsi 20-30 il ərzində baş verən prosesdir".

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dəqiq rəqəmlərin olması diplomların ilk dəfə məlumat bazasında toplanması ilə əlaqədardır: "Bu toplamadan sonra bütün uyğunsuzluqlar üzə çıxır. Sistemdə üç qrup insan var. Bir qrupun ali pedoqoji təhsili var, amma o məktəbəqədər deyil. İkinci qrup insanların ali təhsili var, amma pedaqoji deyil. Məsələn, mühəndis, maliyyəçidir. Üçüncü qrup insanlar var ki, onların bizdə sənədi yoxdur. Ola bilər ki, sənədləri var, amma bizim sistemdə yoxdur.
Təqdim etməyibsə, biz ona ən aşağı dərəcə ilə maaş veririk. Sənədlərin təqdim edilməsi vacibdir".

Nazir uzun müddət həmin müəllimlərə ixtisas səviyyələri hesablanmadan əmək haqqı ödənildiyini xatırladıb: "Məsələni qanunvericiliyə uyğun olaraq qaydaya salmağa çalışırıq. Bu heç bir halda müəllimlərin, tərbiyəçilərin kütləvi ixtisarı anlamına gəlmir. Tədricən mərhələli şəkildə diaqnostika və sertifikasiya həyata keçirilməklə müəyyən qaydaya alınır. Düşünürəm ki, yavaş-yavaş məsələ qaydasına qoyacağıq".

Qeyd edək ki, nazirlik bu gün 5800 tərbiyəçi-müəllimin müvafiq ixtisas sənədi olmadan işlədiyini açıqlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

BMT israilli girovların öldürülməsi ilə bağlı araşdırma aparmağa çağırıb

BMT Təhlükəsizlik Şurasına rəhbərlik Sloveniyaya keçib

Ən çox oxunanalar