Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda sürücü idiraetməni itirərək qəza törətdi: Xəsarət alanlar var - Foto

Faktla əlaqədar Culfa Rayon Polis Şöbəsində araşdırma aparılır...

Culfa rayonu ərazisində Ləkətağ-Çeşməbasar yolunda baş verən qəza nəticəsində 2 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, həmin yolun Əlincə kəndi ərazisindən keçən hissəsində 75-BG-038 nömrə nişanlı, “Great Vall” markalı minik avtomobilinin sürücüsü Hafiz Sadiqov avtomobillə hərkətdə olarkən idarəetməni itirərək qəza hadisəsinə səbəb olub.

İlkin araşdırmalara görə, hadisəyə sürücünün sərxoş olması səbəb olub. Nəticədə avtomobil yolun kənarındakı dərəyə düşüb.

Qəza maddi ziyanla nəticələnib, sürücü Hafiz Sadiqov və onun həyat yoldaşı Gülnarə Sadiqova müxtəlif bədən xəsarətləri alıblar.

Faktla əlaqədar Culfa Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, son vaxtlar yağıntılı və dumanlı hava şəraiti yollarda qəza riskini daha da artırır.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi sürücüləri hava şəraiti ilə bağlı daha diqqətli olmağa, sərxoş halda avtomobil idarət etməməyə, sürət həddini aşmamağa və yol hərəkəti qaydalarının tələblərini pozmamağa çağırır.

pia.az


Etiket: Naxçıvan qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay