Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO Çinə qarşı 1,1 milyard dollarlıq müharibə fondu ilə mübarizə aparacaq

NATO İnnovasiya Fondu müdafiə startaplarının Çinlə rəqabət qabiliyyətini artırmaq üçün inkişafına 1,1 milyard dollar ayırmağı planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

Layihədə Alyansın 23 üzvü iştirak edir. NATO baş katibinin köməkçisi David van Viel bildirib ki, təşkilat xüsusilə Avropa ölkələrində yüksək texnoloji həllərin inkişafı üçün vençur kapitalına malik deyil. Onun sözlərinə görə, Şimali Atlantika Alyansı müdafiə şirkətlərinə investisiya üçün daha ​​çox kapital ayırmağa hazırlaşır ki, onlar Çindən olan investorlara müraciət etməsinlər.

“Artıq 23 ölkə NATO-nun yaratdığı fondun iştirakçısına çevrilib, lakin ABŞ onların arasında deyil”, deyə van Viel qeyd edib.

Financial Times-ın məlumatına görə, fond süni intellekt, kosmos və biotexnologiyalardan istifadə etməklə layihələrin hazırlanması üzrə ixtisaslaşıb. Qəzet aydınlaşdırır ki, silahların maliyyələşdirilməsindən söhbət getmir. Fondun əsas məqsədi yeni texnologiyaların tətbiqi və NATO ölkələrinin müdafiə nazirlikləri arasında kommunikasiyaların gücləndirilməsidir.

Poliqon.info


Etiket: NATO Çin Mübarizə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar