Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: Yunanıstanı Ermənistana silah verməyə təhrik edən görünməz qüvvələr var...

Yunanıstanın müdafiə naziri bildirib ki, Afina İrəvanı müasir silahlarla təmin edəcək...

Politoloq: “Bir tərəfdən Fransanın aktivliyini görürüksə, digər tərəfdən əmin olun ki, səhnə arxasında Amerika Birləşmiş Ştatlarının kölgəsi durur. Çünki Yunanıstan birmənalı olaraq ABŞ-ın nəzarətində, idarəsində olan bir dövlətdir”.

“Ayrıca bu sazişdə bir müddəanı da unutmayın. Orada qeyd olunur ki, Yunanıstan ərazisində Fransa, Hindistanın istehsal edəcəyi ən müasir silahları dost ölkələrə də ötürüləcək. Adı çəkilməyən dost ölkə burada Ermənistandır”.

Bu sözləri politoloq Natiq Miri Yunanıstanın Ermənistana silah verməsini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Yunanıstanın müdafiə naziri Ermənistana səfər edib və bildirib ki, Afina İrəvanı müasir silahlarla təmin edəcək. Həmçinin yunan nazir Hindistan, Fransa, Yunanıstan və Ermənitan ittifaqından da danışıb. Ondan bir gün əvvəl isə Yunanıstanın xarici işlər naziri bildirib ki, Azərbaycan Afinanın Rusiyadan enerji asılılığını ortadan qaldırıb və artıq Yunanıstan Şərqi Avropada qaz qovşağına çevrilib.

Azərbaycanla geoiqtisadi əlaqələr içində olan Yunanıstanın Cənubi Qafqazda Bakıya qarşı ittifaqın fəal üzvünə çevrilməsini necə dəyərləndirmək olar?

Yunanıstan-Ermənistan hərbi əməkdaşlığını Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu gün yeni kommunikasiya sistemləri, bir tərəfdə Azərbaycanın, Çinin, Orta Asiyadakı türk cümhuriyyətlərinin marağında olan Orta Dəhliz məsələsi gündəmdədirsə, başqa bir tərəfdən Hindistan-İran-Ermənistan-Qara dəniz-Avropa layihəsi gündəmdədir”.

Yunanıstanla Azərbaycanın diplomatik yöndə ciddi danışıqlar aparmalı olduğunu düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, ən azından Bakı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmadan yeni silahların Ermənistana ötürülməsi kimi məsələlərdən vaz keçirməyə çalışmalıdır:

“Yunanıstanın bu cür mövqeyi sadəcə Yunanıstanın özünün mövqeyi kimi dəyərləndirilməli deyil. Yunanıstanı bu prosesə təhrik edən görünməz qüvvələr var. Bir tərəfdən Fransanın aktivliyini görürüksə, digər tərəfdən əmin olun ki, səhnə arxasında Amerika Birləşmiş Ştatlarının kölgəsi durur. Çünki Yunanıstan birmənalı olaraq ABŞ-ın nəzarətində, idarəsində olan bir dövlətdir. Yunanıstanı indiki vəziyyətdə qoruyan strateji silahlarla təmin edən ABŞ-dır.

Qeyd edim ki, Türkiyəyə F16 qırıcıları verilməsi razılaşdırılan kimi dərhal hərbi balansı qorumaq və hətta, gücləndirmək üçün ABŞ Yunanıstana F-35 beşinci nəsil qırıcıları verilməsilə bağlı müqavilə imzaladı. Buna görə də bu faktın arxasında görünməyən əl ABŞ-dır ki, dolayısıyla bu dörd qüvvəni həm Türkiyə, həm də Azərbaycan əleyhinə birləşdirmək istiyirlər. Çünki bu Fransa, Hindistan amilidir.

Bu gün Hindistan Amerikada, Asiyada ABŞ-ın əlində qlobal güc olan Çinə qarşı geosiyasi alət olaraq istifadə olunur. Eyni zamanda Hindistan bir tərəfdə Rusiya silahlarından imtina edərkən, başqa tərəfdə ABŞ-dan silah almaqla bərabər bir də Fransayla hərbi sənaye kompleksinin inkişafıyla bağlı müqavilə saziş imzaladı. Bu da o deməkdir ki, Fransanın ən müasir böyük hərbi sənaye kompleksi korporasiyaları Hindistanda birgə istehsalla məşğul olacaq. Burada da, ən müasir silahlar, radar sistemləri, havadan və raketdən müdafiə sistemləri istehsal olunacaq.

Natiq Miri: “Görünməz əllər və hədəflər onu göstərir ki, bu dörd ölkəni bir ittifaqda birləşdirməklə dolayısıyla həm Çinə, həm Türkiyəyə, həm də Azərbaycana qarşı bir güc mərkəzi olaraq istifadə etmək istəyirlər”.

Ayrıca bu sazişdə bir müddəanı da unutmayın. Orada qeyd olunur ki, Yunanıstan ərazisində Fransa, Hindistanın istehsal edəcəyi ən müasir silahları dost ölkələrə də ötürüləcək. Adı çəkilməyən dost ölkə burada Ermənistandır. Buna görə, Fransa xüsusi olaraq bu müddəanı həmin sazişə salıb. Yəni fikir verirsinizsə, görünməz əllər və hədəflər onu göstərir ki, bu dörd ölkəni bir ittifaqda birləşdirməklə dolayısıyla həm Çinə, həm Türkiyəyə, həm də Azərbaycana qarşı bir güc mərkəzi olaraq istifadə etmək istəyirlər.

Bu işlərin arxasında bir də yeni kommunikasiya sistemlərini öz nəzarətinə keçirmək istəyi mövcuddur. Çünki bildiyimiz kimi Hindistandan Yaxın Şərqə oradan da Avropaya gedəcək kommunikasiya sistemi HƏMAS-İsrail müharibə ilə ləğv olundu. Bu layihənin üstündən ən azından yaxın prespektivdə xətt çəkildi. Bu gün yeni kommunikasiya sistemləri, bir tərəfdə Azərbaycanın, Çinin, Orta Asiyadakı türk cümhuriyyətlərinin marağında olan Orta Dəhliz məsələsi gündəmdədirsə, başqa bir tərəfdən Hindistan-İran-Ermənistan-Qara dəniz-Avropa layihəsi gündəmdədir. Bu gün Fransa, ABŞ Çini oyundankənarda saxlamaq üçün bu alternativ kommunikasiya sistemini dövriyyəyə salmaq istəyirlər. Yəni dördlük ittifaqın yaradılmasındakı səbəblərdən biri də budur.

Hər bir halda, Yunanıstanla Azərbaycan diplomatik yöndə ciddi danışıqlar aparmalı, ən azından Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmadan yeni silahların Ermənistana ötürülməsi kimi məsələlərdən vaz keçirməyə çalışmalıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay