Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Myanma xuntası 23000-dən çox məhbusu azadlığa buraxıb

Myanmanın hərbi hökuməti şənbə günü ölkənin ənənəvi Yeni İl bayramı münasibətilə 23,000-dən çox məhbusu sərbəst buraxdığını və ölkə xuntasının yeni rəhbərinin hakimiyyəti ələ keçirəndən bəri ilk dəfə xarici səfərə gedəcəyini bildirib.

Həbsxana Nazirliyi ölkə boyu 23,184 məhbusun Yeni İl amnistiya proqramı çərçivəsində əfv olunaraq azadlığa buraxıldığını bildirib, lakin onlar arasında çox az sayda çevriliş əleyhinə fəalların olduğunu deyib.

Dövlət yayım şirkəti MRTV xuntanın sədri baş general Min Aunq Hlainqin məhbusları əfv etdiyini, onlar arasında 137 xarici vətəndaşın və onların deportaisya ediləcəyini bildirib.

Məhbusların azadlığa buraxıldığına dair açıqlama hər gün ölkənin de fakto lideri Aunq San Suu Çinin devrilməsinin əleyhinə etirazlar davam etdiyi, hökumətin isə onlara qarşı gücdən istifadə etdiyi bir vaxta təsadüf edib.

Reuters-in verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri şənbə günü Moqok şəhərində iki etirazçını öldürüb. Yerli media orqanları isə ölkənin ən böyük şəhəri Yanqonda bir neçə kiçik bombanın partladığını bildirib.

Siyasi Məhbuslara Yardım Assosiasiyasının bildirdiyinə görə, hökumət etirazları yatırmaq üçün apardığı kampaniya çərçivəsində azı 728 etirazçını və yoldan keçən insanı öldürüb.

Tailand isə şənbə günü Myanma xuntasının rəhbəri Min Aunq Hlainqin aprelin 24-də Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının sammitində iştirak edəcəyini elan edib.

Myanmanın qonşuları xunta ilə Suu Çinin devrilmiş hpkuməti arasında danışıqları başlatmağa çalışırlar, amma xunta danışıqlarda iştirak etmək niyyətində olduğuna işarə etməyib.

Tailandın xarici işlər nazirliyinin bildirdiyinə görə, Min Aunq Hlainqdan əlavə ASEAN-ın 10 liderindən bir neçəsi də iclasda iştirak edəcəklərini bildirib.

Xunta Tailanın bu açıqlamasına dərhal münasibət bildirməyib ("Amerikanın səsi").

pia.az 


Etiket: Məhbus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay