Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifət liderinin sığındığı evə od vurmaq çağırışları

Prezident Rəcəb Tayyib Ərdoğan hələlik hadisə ilə bağlı mövqeyini bildirməyib

Türkiyədə ana müxalifət lideri Kamal Kılıcdaroğlunun dünən Ankaranın Akkuzulu məhəlləsində şəhid əsgərin dəfn mərasimi zamanı məruz qaldığı hücum ölkədə siyasi qütbləşmənin ifrat həddə olmasının göstəricisi kimi qiymətləndirilir. Türkiyə KİV-lərinə istinadən xəbər verilir ki, prezident Rəcəb Tayyib Ərdoğan hələlik hadisə ilə bağlı mövqeyini bildirməyib və Kılıcdaroğluna “keçmiş olsun” mesajlarını çatdırmayıb.

Müdafiə naziri Hulusi Akar isə dünənki qarşıdurma zamanı dəfn mərasimində iştirak edirdi və o, Kılıcdaroğluna hücum edən kütləyə meqafonla müraciət edərək sakitliyə çağırıb. Amma müdafiə naziri “gərəkli mesajlarınızı verdiniz” ifadəsini işlədib və bu da birməanlı qarşılanmır.

CHP isə hadisəni etiraz yox, sui-qəsd və linç cəhdi kimi qiymətləndirilir. Kılıcdaroğlunun mühafizəçiləri onu birtəhər kütlənin əlindən alıb kənd evlərindən birinə yerləşdirib. Lakin kütlə həmin evə də hücum edib, toplaşanların arasından bir qadın evi yandırmağa çağırıb. “Yandırın o evi, yandırın”-həmin qadın dəfələrlə bağırır. Həmin qadının kimliyi məlum deyil, sosial şəbəkələrdə qadının çağırışını və Kılıcdaroğluna hücumu radikal dindarlardan ibarət kütlənin törətdiyi Madımak qətliamını xatırlatdığı haqda yazırlar. 1993-cü ildə Sivas bölgəsində Pir Sultan Abdal şənliklərinə qatılmaq üçün gedən ziyalıların, şairlərin, sənətçilərin qaldığı Madımak otelinə hücum edərək od vurmşdu. Bu zaman 33 nəfər yanaraq ölmüşdü.

AKP-nin müttəfiqi MHP-nin başqanı Devlət Baxçalı isə dünənki çıxışında Kılıcdaroğluna hücumu qınasa da onun həmin kəndə getməsini də qınayıb. Baxçalı deyib ki, CHP və müttəfiqi İYİ partiya həmin kənddə 31 mart seçkilərində 10 faizdən də az səs alıb. “9.78 faiz səs aldığın yerdə nə işin vardı?”-Baxçalı deyib.

Hadisənin baş verdiyi kəndin muxtarı bildirir ki, Kılıcdaroğlunu vuranlardan biri həmin kəndin sakinidir, əkinçiliklə məşğul olur, amma qalanlarını tanımır. Çünki bu kənddən deyildilər. Hazırda polis və jandarma CHP liderini vuranları axtarır.(Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar