Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrın Lənkəran səfəri uğurlu olub


Azərbaycan Dövlət Musiqili Teatrı Lənkəranda qastrol səfərində olub


Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, yaradıcı kollektiv şəhər Mədəniyyət Mərkəzinin səhnəsində Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” iki hissəli musiqili komediyasını nümayiş etdirib. Anşlaqla keçən tamaşa böyük coşqu və marağa səbəb olub, lənkəranlı sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb. 

Səhnə əsərini yerli sakinlərlə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, rayon təşkilatlarının rəhbərləri də izləyiblər. 

Tamaşadan sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yaradıcı kollektivlə görüşüb. “İnanıram ki, sizin bu uğurlu çıxışınız uzun müddət lənkəranlıların xatirəsindən silinməyəcək. Bizlərə bu xoş, unudulmaz anları yaşatdığınıza görə teatrınızın direktoru Əliqismət Lalayev başda olmaqla bütün kollektivinizə təşəkkürümü bildirmək istəyirəm”, - deyə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov söyləyib.

Qeyd edək ki, tamaşada rolları Azərbaycan Respublikasının Xalq artisti Fatma Mahmudova, Əməkdar artist Novruz Qartal, aktyorlar Nadir Xasıyev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar