Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrda həftəsonu 5 tamaşa

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq


Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, 13, 14, 15 oktyabr tarixlərində saat 12.00 və 19.00-da “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Bremen musiqiçiləri və Pen” (C. Barri, Qrimm qardaşları), “Baladadaşın toy hamamı” (Elçin),  “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və “Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva) tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artistlər Boris Qrafkin, Səmayə Musayeva, Novruz Qartal, Svetlana Bulax, Nahidə Orucova, Çingiz Əhmədov, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, aktyorlar Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Məhərrəm Qurbanov, Möylə Mirzəliyev, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili, Emil Heydərov, Elnarə Nağdəliyeva, Hüseyn Əlili, Gülçöhrə Abdullayeva, Rauf Babayev, Mehriban Zalıyeva, Nicat Əli, Aydan Həsənova, Elçin İmanov, Gülnarə Əzizova, Telnaz Hüseynova, Ruslan Mürsəlov, Əmrah Dadaşov, Eleanora Mehdiyeva, Şaban Cəfərov, Zarina Qurbanova, Elməddin Dadaşov, Fərid Rzayev, Zaur Əliyev, Pərvin Dadaşova və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 13 oktyabr tarixində saat 19.00-da SSRİ Xalq artisti R. Hacıyevin “Qafqazlı qardaşqızı” əsəri rus dilində böyüklər üçün, 14 oktyabr saat 12.00-da C. Barri və Qrimm qardaşlarının  “Bremen musiqiçiləri və Pen”, 15 oktyabr saat 12.00-da isə E. Sabitoğlu və Y. Şvartsın “Qırmızıpapaq” nağıl-tamaşaları uşaqlar üçün Azərbaycan dilində nümayiş olunacaq. 

Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar