Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müqəddəs Taxt-Tacın dövlət katibi Heydər Əliyev Mərkəzində olub - Foto

Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin bu gün Fəxri və Şəhidlər xiyabanlarında olub.

Poliqon.info xəbər verir ki, Pietro Parolin Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarını ziyarət edib.

Müqəddəs Taxt-Tacın dövlət katibi, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın məzarını ziyarət edib, "Əbədi məşəl" abidəsi önünə gül dəstəsi qoyub.

Qonaq daha sonra Heydər Əliyev Mərkəzində olub. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa Mərkəzin fəaliyyət istiqamətləri və burada nümayiş olunan sərgilər barədə məlumat verib.

Mərkəzdə, həmçinin Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin görüşü olub. Görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasındakı mövcud əlaqələr, mədəniyyət sahəsindəki layihələr, o cümlədən muzeylər və kitabxanalar arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüş zamanı Müqəddəs Taxt-Tacın dövlət katibi 2023-cü ildə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunub.

Qeyd edək ki, Pietro Parolin Bakıda Tereza Ananın Mərhəmət bacıları sığınacağında və Müqəddəs Məryəm Katolik Kilsəsində də olub.

İyulun 11-nədək davam edəcək səfər çərçivəsində Müqəddəs Taxt-Tacın dövlət katibi, həmçinin dini icmaların nümayəndələri ilə görüşlər keçirəcək. 

Qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələri böyük inkişaf yolu keçib və hazırda Azərbaycanla Müqəddəs Taxt-Tac arasındakı siyasi dialoq yüksək səviyyədədir.

Müqəddəs Taxt-Tac ilə Heydər Əliyev Fondu arasında da səmərəli əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpası mədəni irsin qorunmasına mühüm töhfədir. Həmin layihələr dünya mədəni, tarixi və dini irsinin qorunması ilə yanaşı, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafında Azərbaycanın rolunu bir daha təsdiqləyir.

Fotolar

Poliqon.info 


Etiket: Ziyarət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay