Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə Nazirliyində olan istefaların, yerdəyişmələrin səbəbi... - Şərh

Çoxları Müdafiə Nazirliyində olanları kadr islahatı yox, hər hansısa mərhələyə hazırlıq olduğunu deyir...

Hərbi-ekspert: “Sadəcə olaraq hərbi xidmətdə olmanın yaş həddinə çatan və bəzilərinin də haqqında mənfi fikirlər olan generalalrın hərbi xidmətdən ehtiyata buraxılmasını müşahidə edirik”.

Politoloq: “Azərbaycan ordusunda son günlər baş verən təyinatlar cəmiyyətin haqlı olaraq diqqətindədir. Belə ki, Azərbaycan cəmiyyəti hər zaman ordu ilə bağlı baş verənlərə həssaslıqla yanaşıb”.

Müdafiə nazirinin müavini general-leytenant Ənvər Əfəndiyevin, Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyevin və digər yüksək rütbəli zabitlərin istefaya göndərilməsi cəmiyyətdə geniş şəkildə müzakirə edilir. Çoxları bunun kadr islahatı yox, hər hansısa mərhələyə hazırlıq olduğunu deyir.

Bəs Müdafiə Nazirliyində olan istefaların, yerdəyişmələrin səbəbi nədir? Bu addımların atılması ilə Azərbaycan nəyə hazırlaşır?

Ordumuzda baş verən kadr dəyişikliklərini Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev və politoloq Oktay Qasımovla müzakirə edib.

Ədalət Verdiyev: “Bu addımların istefaya göndərilməsi ilə Azərbaycan ordusunda potensialın, imkanların daha da gücləndirməsinə çalışılır”.

Son kadr dəyişikliyindən sonra insanların orduda baş verən müsbət dəyişikliklərə inamının daha da artırdığını vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, xüsusilə, Hikmət Mirzəyevin Quru Qoşunlarının komandanı və Müdafiə nazirinin müavini təyin olunması Azərbaycan ictimaiyyətində çox müsbət qarşılanıb:

Müdafiə Nazirliyi çox geniş tərkibə malik güc strukturudur. Burada 20 yaşından hərbi xidmətdə olmanın son yaş həddinə qədər xidmət edən hərbi vəzifəlilər mövcuddur ki, onların da zamanı yetişdikcə, hərbi xidmətdən təxris edilirlər. Bu kadr islahatları da hesab oluna bilər. Lakin görünən odur ki, təqaüd yaşına çatmayan, yaxud da hərbi xidmətdə olmanın son yaşına çatmayan insanların əksəriyyəti öz vəzifələrində qalmaqdadır. Onların vəzifədən azad edilməsinə dair heç bir məlumatlar mövcud deyil.

Sadəcə olaraq hərbi xidmətə olmanın yaş həddinə çatan və bəzilərinin də haqqında mənfi fikirlər olan insanların hərbi xidmətdən ehtiyata buraxılmasını müşahidə edirik. Bu da insanların orduda baş verən müsbət dəyişikliklərə inamını daha da artırır. Xüsusilə, Hikmət Mirzəyevin Quru Qoşunlarının komandanı və Müdafiə nazirinin müavini təyin olunması Azərbaycan ictimaiyyətində çox müsbət qarşılandı.

Bu addımların atılması ilə Azərbaycan ordu potensialını, ordumuzun imkanlarını daha da gücləndirməyə çalışır. Hikmət Mirzəyevin də məhz ən geniş tərkibə malik Quru Qoşunlarına komandan təyin edilməsi Azərbaycanın türk ordu modelinə inteqrasiyasını daha da surətləndirəcək”.

Oktay Qasımov: “Hikmət Mirzəyev və digər hərbiçilər də Azərbaycanın 44 günlük savaşında böyük əməkləri keçmiş hərbiçilərdir. Vəzifədən azad edilən Heydər Piriyev və digərləri isə Azərbaycan ordusunun yaranmasında öz əməkləri olmuş hərbiçilərdir”.

Hər zaman ordunun döyüş qabiliyyətinin yüksək olmasının dövlətin təhlükəsizliyinin əsas demək olduğunu nəzərə çatdıran politoloq Poliqon-a açıqlmasında bildirib ki, orduda edilən dəyişikliklər, islahatlar hamısı Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin artırılması yönəlib:

Azərbaycan ordusunda son günlər baş verən təyinatlar cəmiyyətin haqlı olaraq diqqətindədir. Belə ki, Azərbaycan cəmiyyəti hər zaman ordu ilə bağlı baş verənlərə həssaslıqla yanaşıb. Nəzərə alsaq ki, son dönəm edilən təyinatlar əlbəttə ki, cəmiyyətdə müsbət assosiasiya yaradıb. Xüsusilə də, Xüsusi Təyinatlıların komandanı Hikmət Mirzəyevin Müdafiə nazirinin müavini təyin edilməsi cəmiyyətdə razılıqla qarşılandı.

Müdafiə Nazirliyində bir çox yüksək rütbəli şəxslərin vəzifələrindən azad edilməsi səbəbləri sərəncamda açıq-aydın yazılıb. Yaş həddinə görə bu təyinatlar baş verib. Buna görə hesab etmirəm ki, bunu hansısa bir formada əlaqələndirmək lazımdır. Hikmət Mirzəyev və digər hərbiçilər də Azərbaycanın 44 günlük savaşında böyük əməkləri keçmiş hərbiçilərdir. Vəzifədən azad edilən Heydər Piriyev və digərləri isə Azərbaycan ordusunun yaranmasında öz əməkləri olmuş hərbiçilərdir. Onların orduda kifayət qədər nüfuzları da olub.

Oktay Qasımov: “Ordu elə bir döyüş hazırlığı vəziyyətində olmalıdır ki, istənilən çağırışlara və təhdidlərə cavab verməlidir”.

Azərbaycanın 44 günlük savaşdan sonra da Prezident tərəfindən açıq şəkildə elan etdiyi kursu var. Azərbaycan Ordusunun daha da gücləndirilməsi, modernləşdirilməsi, döyüş qabiliyyətinin artırılması və müasir səviyyədə qurulması - ordu ilə bağlı həyata keçirilən prioritet istiqamətlərdir. Nəzərə alsaq ki, Azərbaycan ordusu NATO standartlarına, yəni Türkiyə ordusu moderndə qurulur, bu baxımından bu kimi islahatlar aparacaq. Ümumiyyətlə, hər zaman ordunun döyüş qabiliyyətinin yüksək olması dövlətin təhlükəsizliyinin əsası deməkdir. Buna görə də, orduda edilən dəyişikliklər, islahatlar hamısı Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin artırılması yönəlib.

Ordu elə bir döyüş hazırlığı vəziyyətində olmalıdır ki, istənilən çağırışlara və təhdidlərə cavab verməlidir, bütün mərhələlərdə hazır olmalıdır. Buna görə orduda olan dəyişiklikləri hansısa mərhələyə hazırlıq kimi yox, ümumiyyətlə hər zaman döyüş qabiliyyətinin artırılması kimi dəyərləndirmək doğru olar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar