Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva həmsədr olaraq de-fakto Minsk qrupunu tərk etdi – Qərb-Rusiya qarşdurması Cənubi Qafqaza sıçraya bilər?

Minsk qrupunun, Avropa Birliyinin və Rusiyanın Azərbaycan və Ermənistan münaqişəsinin nizamlanmasında ayrı-ayrılıqda iştirakı regions necə təsir edə bilər?..

Politoloq: “İndi Qərblə Rusiya arasında gərginlik elə yüksək səviyyədədir ki, Cənubi Qafqazdakı bu rəqabət münaqişəyə də gətirib çıxara bilər. Əsas risk də bundan ibarətdir”.

“Əsas məsələ odur ki, Cənubi Qafqaz Qərblə Rusiyanın arasında münaqişə regionuna çevrilməsin. Bunun nə boyda faciələr doğuracağını isə, biz bu gün Ukraynanın misalında görürük”.

Bu sözləri siyasi şərhçi Fərhad Məmmədov Rusiya XİN-in sözcüsü Mariya Zaxarovanın dünən ATƏT-in Minsk qrupundakı həmsədri İqor Xovayevin Rusiya Xarici İşlər nazirinin AzərbaycanErmənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunmasını PİA.az-a şərh edərkən deyib.

Xatırladaq ki, dünən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi ki, Vaşinqton və Paris ATƏT-in Minsk qrupunun həmsədrlərinin “üçlüyü” çərçivəsində Moskva ilə bütün təmasları dayandırıb. Bu üzdən də Rusiya tərəfdən İqor Xovayev Rusiya Xarici İşlər nazirinin AzərbaycanErmənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.

Zaxarovanın bu bəyanatını Rusiyanın Minsk qrupundan çıxması, ya da kənarlaşdırılması kimi dəyərləndirmək olarmı və sizcə Rusiya olmadan Minsk Qrupunun fəaliyyətinin davam etməsi mümkün görünürmü?

Qeyd edək ki, bu gün ABŞ Rusiyanın Qarabağ nizamlanmasında vasitəçilik rolu haqqında bəyanatını təkzib edib: “Deyə biləcəyim təkcə odur ki, biz ErmənistanAzərbaycanla ikitərəfli əsaslarla və ya ATƏT mexanizmi vasitəsilə tərəfdaşlarımızla birlikdə əməkdaşlıq etməyə hazırıq”, deyə Dövlət Departamentinin mətbuat katibi Ned Prays Turan İA-nın sorğusuna cavab olaraq bildirib.

Bəs Minsk qrupunun, Avropa Birliyinin və Rusiyanın AzərbaycanErmənistan münaqişəsinin nizamlanmasında ayrı-ayrılıqda iştirakı regions necə təsir edə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı “Valday” klubunun eksperti, siyasi şərhçi Fərhad Məmmədovla müzakirə edib.

Fərhad Məmmədov: “Artıq heç bir formatda, heç bir beynəlxalq müzakirə platformasında “Dağlıq Qarabağ münaqişəsi” anlayışı yoxdur”.

Bundan sonrakı mərhələdə, indiki beynəlxalq şərtlərdə Minsk qrupu çərçivəsində həmsədrlərin yaxın zamanda fəaliyyətilərini bərpa etməsi və birgə çalışamasının mümkün görünmədiyini vurğulayan siyasi ekspert hesab edir ki, ATƏT gələcəyi olmayan, hətta öz ömrünü başa vurmuş bir təsisatdır. Bu qurumun yaratdığı və mandat verdiyi qurumlar da öz mahiyyətini itiriblər:

“Dünən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın Minsk qrupu ilə bağlı bəyanatı bir sıra aspektlərdən maraqlıdır. Hər şeydən əvvəl Rusiyanın Minsk qrupundakı həmsədri İqor Xovayevin Rusiya Xarici İşlər nazirinin xüsusi nümayəndəsinə çevrilməsi ondan xəbər verir ki, Moskva Ukrayna müharibəsi fonunda baş verən Qərb-Rusiya qarşıdurmasından sonra digər həmsədrlərlə birgə çalışmaq istəmir. Doğrudur ATƏT-in Minsk qrupunun həmsədrlərinin “üçlüyü” çərçivəsində əməkdaşlığın mümkünsüzlüyü ilə bağlı Moskva ABŞ və Fransanı ittiham edir, lakin ilk addım atan Rusiya olduğu üçün demək olar ki, Moskva bundan sonra öz təsir dairəsi altına olan məsələlər çərçivəsində Qərblə əməkdaşlıq etmək isəmir.

İkinci maraqlı aspekt isə Rusiyanın münaqişə ilə bağlı yaratdığı nümayəndəliyin adlandırılmasıdır. Fikir verdinizisə, xüsusi nümayəndə Xovayev heç də “Dağlıq Qarabağ” münaqişəsinin nizamlanması üçün deyil, AzərbaycanErmənistan münasibətlərinin normallaşması üzrə Rusiya Xarici İşlər nazirinin xüsusi nümayəndəsi təyin olunub. Bu da bir daha ondan xəbər verir ki, artıq heç bir formatda, heç bir beynəlxalq müzakirə platformalarında “Dağlıq Qarabağ” münaqişəsi anlayışı yoxdur. İndi bütün beynəlxalq formatlarda AzərbaycanErmənistan münasibətlərinin normallaşması alyaışı var ki, bu da Azərbaycan dipıomatiyasının və siyasi rəhbərliyinin iradəsinin qələbəsidir.

Rusiya Xarici İşlər nazirinin xüsusi nümayəndəsi isə sadəcə tərəflərə bir sıra aspektlərdə dəstək verəcək, onların ortaq məxrəcə gəlməsində yardımcı olacaq. Bu da onun göstəricisidir ki, danışıqlar AzərbaycanErmənistan arasında birbaşa keçiriləcək.

Artıq gündəlikdə “Dağlıq Qarabağ” münaqişəsi deyilən bir şey yoxdur. Ermənistanın son ümidi ATƏT-in Minsk qrupu çərçivəsində “Dağlıq Qarabağ münaqişəsinin” nizamlanmasını, gündəmdə saxlamaq idisə, indi Yeravanın bu ümidi də yoxdur. Xatırladım ki, ATƏT-in Minsk qrupunun əsas mandatlarından biri də Qarabağın yekun statusunu müəyyənləşdirmək idi. İndi isə bu format da yoxdur.

Fərhad Məmmədov: “Çox ciddi məsələlərdən biri də odur ki, digər həmsədr ölkələr, ABŞ və Fransa “Dağlıq Qarabağ münaqişəsinin” deyil, AzərbaycanErmənistan münasibətlərinin normallaşması və yekun sülh sazişinin imzalanması məsələsinə fokuslanıblar”.

Əlbəttə ki, hal-hazırda Minsk qrupunun ləğv olunması ilə bağlı qərar yoxdur, amma de-fakto dünən Rusiya həmsədrlər fomatından çıxdığını bəyan elədi. Minsk qrupu qalsa belə, indiki beynəlxalq şərtlərdə bu təsisatın, yəni həmsədrlərin yaxın zamanda fəaliyyətini bərpa etməsi və birgə çalışaması mümkün görünmür.

Çox ciddi məsələlərdən biri də odur ki, digər həmsədr ölkələr, ABŞ və Fransa “Dağlıq Qarabağ münaqişəsinin” deyil, AzərbaycanErmənistan münasibətlərinin normallaşması və yekun sülh sazişinin imzalanması məsələsinə fokuslanıblar. Eyni zamanda Qərb çox tez bir zamanda Türkiyə-Ermənistan münasibətlərinin də normallaşmasına çalışırlar. Paşinyanın da Ermənistan parlamentindəki son çıxışında bu məsələ önə çıxdı. Paşinyan çox açıq şəkildə bildirdi ki, artıq “Dağlıq Qarabağın statusu” məsələsində onlar beynəlxalq aləmdən dəstək almırlar, hətta “Dağlıq Qarabağın statusu”ndan imtima edilməsi ilə bağlı Yeravana təzyiqlər edirlər. Paşinyanın son çıxışları həmçinin onu da göstərir ki, artıq bu reallıq rəsmi Yeravan tərəfindən qəbul olunub. Görünür ki, son Brüssel görüşünün bunda ciddi təsirləri olub.

Başqa bir ciddi məqam isə ondan ibarətdir ki, Minsk qrupu ATƏT-in mandat verdiyi təsisatdır və məsələ ondadır ki, ATƏT artıq paralic olub, islic vəziyyətdəir və bu qurum üzərinə düşən funksiyaları yerinə yetirə bilmir. Ona görə də ATƏT-in gələcəyi sual altındadır, çünki bu təşkilatın adı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır və bu gün Avroda nə təhlükəsizlik, nə də əməkdaşlıq adına əsər-əlamət belə qalmayıb. ATƏT-in yarandığı gündən fəaliyyəti səmərəsiz olub və demək olar ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq məsələslərinə heç bir təsir gücü olmayan təşkilat olub. Bu təşkilatın gördüyü işlər ancaq problemləri dondurmaq, yasalamaq, ya da ört-basdır etməkdən ibarət olub. Ona görə də Avropada yeni yaranmış hərbi-syasi mənzərədən baxarsaq, ATƏT gələcəyi olmayan, hətta öz ömrünü başa vurmuş bir təsisatdır. Bu qurumun yaratdığı və mandat verdiyi qurumlar da öz mahiyyətini itiriblər.

Ayrı-ayrı təşəbbüslərə gəlincə, bu məsələ doğrudan bir qədər problemli məsələdir. Çünki hal-hazırda Qərb Avropa Birliyinin vasitəçiliyi ilə, Rusiya isə öz vasitəçiliyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün səylərini artırılar. Bundan başqa ortada “siyasi meyidə” çevrilmiş Minsk qrupu da var. Bu tərəflərin fərqli maraqlarının olması heç kimdə şübhə doğurmadığı üçün toqquşmanın omayacağını da və bundan həm Azərbaycanın, həm də Ermənistanın ziyan görməyəcəyini istisna etmək olmaz.

Fərhad Məmmədov: “Qərb hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında təşəbbüsü ələ alıb və bu da Ukraynada gözləmədiyi ağır durmla üzləşən Rusiyanı çox narahat edir”.

Onu da qeyd edim ki, Rusiyanın ilyarım müddətində göstərdiyi vasitəçilik formatında əldə olunmuş müəyyən razılaşmalar var ki, bu razılaşmalar da məhz Rusiyanın günahı ucbatından reallaşmayıb. Rusiya özünü əsas vasitəçi kimi görsə də, münaqişənin həllində, yəni yekun sülh sazişinin imzalanmasında maraqlı deyil. Rusiya daha çox problemi bir neçə on illik də dondurmağın tərəfdarıdır. Açığı Rusiya 44 günlük müharibədən sonra Qərbsiz Cənubi Qafqaz regionu formalaşdırmağa can atdı. Amma indi hər şey əksinə cərəyan etməkdədir. Qərb Cənubi Qafqazda iqtisadi cəhətdən olsa da, siyasi cəhətdən möhkəmlənə bilmirdi. İndi isə məhz Rusiyanın yürütdüyü siyasət nəticəsində Qərb siyasi cəhətdən Cənubi Qafqazda möhkəmlənməkdədir. Müharibə və postmüharibə dövründə Qərbin rolu çox aşağı düşmüşdü. İndi isə Qərbib rolu Cənubi Qafqazda hiss olunacaq qədər böyüməkdədir. Qərb hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında təşəbbüsü ələ alıb və bu da Ukraynada gözləmədiyi ağır durmla üzləşən Rusiyanı çox narahat edir.

İndi Qərblə Rusiya arasında gərginlik elə yüksək səviyyədədir ki, Cənubi Qafqazdakı bu rəqabət münaqişəyə də gətirib çıxara bilər. Əsas risk də bundan ibarətdir. Bundan sonrakı mərhələdə çox şey Azərbaycanın siyasi rəhbərliyinin mövqeyindən, ortaya qoyduğu siyasi iradədən asılı olacaq. Ancaq Azərbaycan regionumuzdakı bu rəqabəti münaqişəyə yox, konstruktivliyə yönəldə bilər. Azərbaycan bu sahədə artıq özünün konstruktiv addımlarını atır. Qeyd edim ki, dekabrda Brüsseldə keçirilən görüçdə Rusiyada imzalanan sənədlərə istinad yox idisə, son Brüssel görüşündə Rusiyanın adı çəkilməsə də iki dəfə qeyd olunub. Yəni Rusiyanın vasitəçiliyi ilə qəbul olunmuş sənədlər aprel görüşündə baza sənədlər kimi qəbul olunub.

Fərhad Məmmədov: “Regionumuzu bütövlükdə münaqişədən qorumaq üçün Gürcüstan və Ermənistan rəhbərliyi Azərbaycanın siyasi rəhbərliyinin addımlarına uyğun addımlar atmalıdır”.

Təbii ki, vəziyyətin məcrasından çıxmaması və Qərblə Rusiya arasında normal siyasi yanaşmaların olması həm Azərbaycanın, həm də Ermənistanın maraqları çərçivəsindədir. Əsas məsələ odur ki, Cənubi Qafqaz Qərblə Rusiyanın arasında münaqişə regionuna çevrilməsin. Bunun nə boyda faciələr doğuracağını isə, biz bu gün Ukraynanın misalında görürük.

Yadınızdadırsa, mən daha əvvəl sizə verdiyim bir açıqlamada demişdim ki, Azərbaycan üçün əsas odur ki, ölkəmizin ərazisi münaqişə meydanına çevrilməsin. İndi isə vəziyyət elədir ki, əsas məsələ münaqişənin Cənubi Qafqazdan bütövlükdə kənarda qalmasıdır. Önəmli olan budur və Azərbaycan da təbii ki, bunun üçün öz imkanlarını səfərbər edib. Lakin regionumuzu bütövlükdə münaqişədən qorumaq üçün Gürcüstan və Ermənistan rəhbərliyi Azərbaycanın siyasi rəhbərliyinin addımlarına uyğun addımlar atmalıdır. Biz də bunu son bir neçə ayda müşahidə edirik.

Ümumiyyətlə isə Cənubi Qafqazı Ukrayna dəhşətlərindən qorumaq üçün regionun hər üç ölkəsi öz xarici siyasətlərini bunun üzərinə kökləməlidirlər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Ən çox oxunanalar