Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moldovadan sonra İspaniya... - İlin sonuna qədər sülh müqaviləsi üçün ümid yeri yoxdur?

Şarl Mişelin açıqlamasında bildirib ki, eyni formatda görüş oktyabrda İspaniyada da baş tutacaq...

Siyasi-şərhçi: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ümid yerinin olmamasını düşünmürəm”.

“Öhdəlik götürülməyib ki, sülh müqaviləsi məhz Avropa İttifaqının məkanında imzalanmalıdır. Əgər Ermənistan-Azərbaycan sülh müqaviləsini imzalayırlarsa, ən böyük problem kimi sərhəd məsələsi ortada durursa, bu məsələni həll etmək olar”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Kişinyovda keçirilən görüşdən sonra Mişelin verdiyi açıqlamanı Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Kişinyovda keçirilən görüşdən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin açıqlamasında bildirib ki, eyni formatda görüş oktyabrda İspaniyada da baş tutacaq. Bundan belə çıxımı ki, bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanması üçün ümid yeri yoxdur?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Bizdə Avropa İttifaqının sammitlərində sülh müqaviləsinin imzalanmasına öhdəliklər yoxdur”.

Sülh müqaviləsinin harada imzalanmasının özünün artıq bir spekulyasiyaların səbəbinə çevrildiyini vurğulayan ekspert Poliqon-a bildirib ki, buna görə də sülh müqaviləsini ya sərhəddə, ya da Tbilisidə imzalanmaq olar:

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ümid yerinin olmamasını düşünmürəm. Mən hətta deyərdim ki, sülh müqaviləsi imzalanandan sonra da görüşlər məhz bu formatda davam edəcək. Çünki sülh müqaviləsindən sonra bu prosesi tənzinləmək lazımdır. Bu çox vacib olan məqamdır.

Öhdəlik götürülməyib ki, sülh müqaviləsi məhz Avropa İttifaqının məkanında imzalanmalıdır. Əgər Ermənistan-Azərbaycan sülh müqaviləsini imzalayırlarsa, ən böyük problem kimi sərhəd məsələsi ortada durursa, bu məsələni həll etmək olar. Belə ki, sərhəd məsələsinin həllini nəzərdə tutan sülh müqaviləsinin bəndləri və s. məsələlər daha məntiqli olardı ki, elə həmin sərhəddə bir yer tapıb, çadır qurub orada imzalansın.

Fərhad Məmmədov: “Böyük ehtimalla Türkiyə prezidenti də belə formatda keçirilən görüşlərə qatıla bilər”.

İmzalanma mərasimini də beynəlxalq qüvvələrin iştirakı ya da ikitərəfli qaydada keçirmək olar. Çünki artıq beynəlxalq fon kifayət qədər gərgindir. Rusiya-Qərb qarşıdurması var. Bu sülh müqaviləsinin harada imzalanmasının özü artıq bir spekulyasiyaların səbəbinə çevrilib. Buna görə də sülh müqaviləsini ya sərhəddə, ya da Tbilisidə imzalanmaq olar. Amma Tbilisidə əgər beynəlxalq iştirak nəzərdə tutulacaqsa, Rusiyanın xarici işlər naziri gələ bilməyəcək. Buna görə də, məsələ ikitərəfli qaydada sərhəddə olsa, daha məntiqli olardı.

Bir sözlə qeyd edim ki, bizdə Avropa İttifaqının sammitlərində sülh müqaviləsinin imzalanmasına öhdəliklər yoxdur. Bu tamamilə fərqli bir prosesdir. Belə görüşlər də hələ davam edəcək. Böyük ehtimalla Türkiyə prezidenti də belə formatda keçirilən görüşlərə qatıla bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Ən çox oxunanalar