Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlon Mask Avropa İttifaqında doğumun azalmasından narahatdır

Amerikalı iş adamı İlon Mask hesab edir ki, Avropa İttifaqında (Aİ) demoqrafik böhran qaçılmazdır...

Poliqon xəbər verir ki, iş adamı bu barədə sosial media hesabında yazıb.

“Doğum nisbətləri azalmaqda davam edir. Əhalinin azalması qaçılmazdır”, deyə Mask 1960-cı ildən bəri Aİ ölkələrində rekord aşağı doğum səviyyəsi ilə bağlı statistikanı şərh edib.

Euronews xəbər verir ki, 1960-cı ildən bəri ilk dəfə olaraq Aİ-də diri doğulanların sayı 4 milyondan aşağı düşüb, 2022-ci ildə isə cəmi 3,88 milyon uşaq doğulub. Aİ-də orta doğuş səviyyəsi 1,46-dır ki, bu da dünya üzrə orta göstəricidən 2,27 aşağıdır. Avropada ən aşağı doğum göstəriciləri Malta (1,08), İspaniya (1,16), İtaliya (1,24), Yunanıstan (1,32) və Kiprdə (1,37) qeydə alınıb.

2020-ci ildə Aİ-də təxminən 447,5 milyon insan yaşayıb, lakin bu rəqəm COVID-19 pandemiyasından sonra azalmağa başlayıb. Avropa İttifaqının statistika agentliyi 2100-cü ilə qədər Aİ əhalisinin 27,3 milyon nəfər və ya 6,1% azalacağını proqnozlaşdırıb.

Xatırladaq ki, 2023-cü ildə İlon Mask bildirib ki, aşağı doğum nisbətləri səbəbiylə demoqrafik çöküş sivilizasiya üçün qlobal istiləşmədən daha böyük risk yaradır.

Polqion.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Prezident İlham Əliyev Moskvada "Rossiya 1" televiziya kanalına müsahibə verib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Efiopiyada denge epidemiyası: Səhiyyə sistemi çökür

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay