Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kristiano Ronaldo, karyerasında 900 qol vuran ilk insan oldu

Kristiano Ronaldo UEFA Millətlər Liqasının qrup mərhələsində Lissabonda Xorvatiya ilə matçda karyerasının 900-cü qolunu vurub...

Poliqon CNN telekanalına istinadən xəbər verir ki, Ronaldo tarixdə bu mərhələyə çatan ilk futbolçu olub.

Beş dəfə “Qızıl top”un sahibi olan 39 yaşlı Ronaldo ilk hissənin 34-cü dəqiqəsində Nuno Mendesin ötürməsini başla vurduğu qolla Portuqaliyanı dubl edib və oyun 2:1 hesabı ilə başa çatıb.

Bu qol Ronaldonun Portuqaliya millisində 131-ci qolu olub və dünya futbolunda milli komandanın heyətində ən çox qol vurma rekordunu yeniləyib. Klub səviyyəsində 769 qol vuran Portuqaliya millisinin kapitanı tarixdə rəsmi matçlarda 900 qol həddinə çatan ilk futbolçu olub.

2021-ci ildə Ronaldo tarixdə klub və ölkə üçün 800 qol vuran ilk futbolçu olub. Onun əzəli rəqibi Lionel Messi 842 qolla ikinci, əfsanəvi Pele isə 765 qolla üçüncü yerdədir.

Ronaldo klub karyerasına Portuqaliya “Sportinq”ində başlayıb, sonra 2003-cü ildə “Mançester Yunayte”ə keçib. İngiltərədə altı mövsüm keçirdikdən sonra o, “Real Madrid”ə keçib və burada doqquz il ərzində 438 matçda 450 qol vurub. İtaliyanın “Yuventus” klubunda iki il qaldıqdan sonra Ronaldo 2021-ci ildə “Mançester Yunayted”ə qayıdıb, burada 2023-cü ilə qədər oynayıb və sonra karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirib. 2024-cü ilin avqustunda Kristiano Ronaldo Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri kimi xüsusi mükafat alıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Prezident İlham Əliyev Moskvada "Rossiya 1" televiziya kanalına müsahibə verib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Efiopiyada denge epidemiyası: Səhiyyə sistemi çökür

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay