Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milyarderi öldürmək üçün göndərilən Orxan Əsədovun üzünə duracaqlar

Ötən ilin sentyabrında Kiprdə tutulan, milyarder Teddi Saqi də daxil olmaqla bəzi israilli biznesmenləri öldürmək üçün İran xüsusi xidmət orqanlarının tapşırığı ilə göndərildiyi bildirilən azərbaycanlı Orxan Əsədovun işi üzrə mühüm yenilik var.

Virtualaz.org Kipr mənbələrinə istinadən xəbər verir ki, iş üzrə fiqurantlardan biri özünü iki maddə üzrə təqsirli bilib və məhkəmədə Orxan Əsədovun əleyhinə ifadə verəcək.

Bu, Kipr prokurorluğunun səs-küylü məhkəmə işində mühüm qələbəsi hesab edilir. Özünü təqsirli bilən fiqurant Livan əsilli 21 yaşlı Kipr vətəndaşıdır. Onun tibb təhsili aldığı bildirilir və O.Əsədovla əlbir olduğuna görə həbs edilmişdi.

Milyarder Teddi Saqi

O.Əsədova qarşı onlarla maddə, o cümlədən terrorçuluq maddəsi ilə ittiham irəli sürülüb. O, Rusiya vətəndaşıdır, Moskvada ticarət və taksi fəaliyyəti ilə məşğul olub, İsrail mənbələri Əsədovun İran xüsusi xidmət orqanlarının agenti olduğunu və onun yaxalanması əməliyyatının “Mossad”ın iştirakı ilə həyata keçirildiyini bildirir.

Məlumata görə, 21 yaşlı fiqurant Orxan Əsədovla əlbir olduğunu etiraf edib, onun terror planından xəbərdar olduğunu təsdiqlədiyi və bu haqda xəbər vermədiyini etiraf etdiyi bildirilir. Xəbər verildiyi kimi, bu iş üzrə O.Əsədovla birlikdə cəmi 6 nəfər həbs edilib. Onlardan ikisi Pakistan əsillidir, Kiprdə yemək çatdırma xidmətində kuryer işləyirdi.

İş üzrə məhkəmə prosesi qapalı keçirilir, Kipr polisi məhkəmə ətrafında güclü təhlükəsizlik tədbirləri görüb və bunu milli təhlükəsizlik məsələsi ilə izah edir. İş üzrə fiqurantların adları da məxfi saxlanılır. O.Əsədovun adı isə ötən ilin sonlarında KİV-ə məlum olmuşdu.

Onun qardaşı Kiprdə məhkəmə qarşısında jurnalistlərə bildirmişdi ki, irəli sürülən ittihamlar əsassızdır. Dediyinə görə, qardaşı beş uşaq atasıdır, əlildir və belə adamın onlarla cangüdənlə dolaşan biznesmeni öldürmək üçün göndərilməsi ağlabatan deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Ən çox oxunanalar