Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisdə Ombudsmanın məruzəsi müzakirə edilir - Yenilənib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsi Milli Məclisə daxil olub...

"Ombudsman Səbinə Əliyeva bəlkə də nadir məmurlardandır ki, hər zaman ictimaiyyətə və əməkdaşlığa açıqdır".

Poliqon.info xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, Səbinə Əliyeva dəfələrlə Milli Məclisin müxtəlif iclaslarında iştirak edib:

"Biz hüquqi dövlətdə yaşayırıq. Ombudsmanın fəaliyyəti Konstitusiya qanunu ilə tənzimlənir. Konstitusiya qanunun 14-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, Ombudsman öz illik mərzuəsini ölkə Prezidentinə təqdim edir və Milli Məclisin qarşısında çıxış edir. Belə bir hüquq deputatlarımıza da tanınır".

"Martın 7-də Səbinə xanım Milli Məclisin plenar iclasında çıxış edən zaman istənilən sualınızı, fikirlərinizi bildirə bilərsiniz. O baxımdan, bunu Səbinə xanımın sizə qarşı hər hansı hörmətsizliyi kimi başa düşməyin. Bu, konstitusion qanununun qoyduğu tələbdir. Qanunda konkret olaraq belə bir öhdəlik müəyyənləşməyib ki, ombudsman komitə iclaslarına gəlib məruzəni təqdim etməlidir. Məruzə plenar iclasda təqdim edilir"-, A.Səfixanlı deyib.

***

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi” üzrə müzakirələr davam edir.

Poliqon.info-nun məlumatına görə, məruzənin müzakirəsi zamanı çıxış edən deputat Jalə Əhmədova Ombudsman Səbinə Əliyevanın komitə iclaslarında iştirak etməməsinə diqqət çəkib.

"Səbinə xanımın bizə verəcəyi cavablarla Aydın müəllimin (Ombudsman Aparatının rəhbəri Arif Səfixanlı) verəcəyi cavablar başqadır. Deputat olaraq mənə maraqlıdır ki, nə üçün Səbinə xanım bizim iclaslarda iştirak etmir".

***

Poliqon.info-nun xəbərinə görə, sənəd parlamentin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənədin qanunverici orqanın plenar iclasına tövsiyə olunması nəzərdə tutulub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar