Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

"Hava nəqliyyatlarında yaş məsələsi düşündüyümüz qədər vacib məsələ deyil. Texniki məsələlərə riayət olunduğu təqdirdə, illər o qədər də önəmli deyil. Bu hadisədə də faciənin əsas səbəbi düşünürəm ki, əlverişsiz hava şəraitidir".

Bunu "Haber Global"a açıqlamasında türkiyəli mütəxəssis, mühəndis pilot Ahmet İzgi bildirib.

O, helikopterin raketlə vurulması versiyasını istisna edib:

"Helikopterin bütün hissələri qəza yerində çox dar bir ərazidə mövcuddur. Əgər bu helikopter hər hansı bir raketlə havada partlasaydı, qalıqlar bir neçə yüz metr diametrə səpələnmiş olardı", - deyə o izah edib.

Mütəxəssis təyyarənin izinin onun yamacda sürtündüyünü göstərdiyini vurğulayıb.

Ahmet İzgi qeyd edib ki, helikopter uçuş zamanı qəfildən sisə düşüb, pilot oriyentasiyanı itirib, nəticədə pərlər ağaca çırpılıb və qəza baş verib.

Ətraflı süjetdə:

Xatırladaq ki, mayın 19-da İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini aparan helikopter qəzaya uğrayıb. Qəza zamanı helikopterin göyərtəsində dövlət başçısı İbrahim Rəisi, İranın XİN başçısı Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan əyalətinin başçısı Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Al-Haşim, İbrahim Rəisinin mühafizə xidmətinin rəhbəri Mehdi Musəvi, pilot polkovnik Tahir Mustəfəvi, pilot köməkçisi polkovnik Möhsün Dəryanuş, texniki mayor Bəhruz Qədimi və SEPAH-ın adı açıqlanmayan "Ənsar-əl Mehdi" qərargahının zabiti olublar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Ən çox oxunanalar