Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Reuters: Rəisinin ölümü Xameneyinin varisi ilə bağlı mübarizəni gücləndirəcək...

Rəisi İran elitasının böyük qismi tərəfindən Xameneyidən sonra Ali Rəhbər statusuna əsas namizəd hesab olunurdu...

İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında ölməsi onun Ali Rəhbər Ayətullah Əli Xameneinin yerinə keçməsini istəyən sərt xətt tərəfdarlarının planlarını alt-üst edir.

Poliqon xəbər verir ki, Reuters Agentliyi bu barədə mənbələrə istinadən məlumat yayıb. Agentliyin mənbələri bu hadisənin hazırkı Ali Rəhbərin ölümündən sonra İslam Respublikasına rəhbərlik etməyi planlaşdıranlar arasında ciddi rəqabətə səbəb olacağına inanır.

Reuters qeyd edir ki, 63 yaşlı Rəisi Xamneyinin himayəai altında olub. O, 85 yaşlı Ali Rəhbərin yerinə əsas namizəd kimi görünürdü, lakin bu, əvvəlcədən bilinən bir nəticə deyildi.

Mənbələr bildiriblər ki, Rəisinin prezidentliyə yüksəlişi daxili narazılığın yaratdığı risklərə qarşı İslam Respublikasının əsaslarını gücləndirmək istəyən sərt xətt tərəfdarlarının əlində hakimiyyətin birləşdirilməsinin bir simvolu idi. Ali Rəhbər kimi Rəisi problemli bölgədə xarici düşmənlərlə uğurla mübarizə apara bilərdi.

Reuters qeyd edir ki, Rəisi İslam Respublikasının banisi Ayətullah Ruhullah Xomeyninin ölümündən sonra 1989-cu ildə Ali Rəhbər olana qədər prezident vəzifəsində çalışmış Xamenei tərəfindən güclü dəstək alıb.

Keçmiş İran rəsmisi deyib ki, İran İnqilab Keşikçiləri və Qumdakı nüfuzlu din xadimləri də daxil olmaqla, güclü qüvvələrin indi növbəti ali lider üçün seçim prosesini formalaşdırmaq üçün səyləri gücləndirməsi gözlənilir. Rəisidən sonra isə sərt xətt tərəfdarlarının onlara lazım olan namizədi yoxdur.

Agentliyin anonimlik şərti ilə danışmağa razı olan İran diplomatik mənbəsi “Rəisinin ölümü hazırda başqa namizədi olmayan quruluşa zərbədir”, deyib.

Qeys edək ki, mayın 19-da axşam saatlarında İran prezidenti İbrahim Rəisi və bir sıra digər yüksək rütbəli İran rəsmilərinin olduğu helikopter İranda qəzaya uğrayıb. Mayın 20-də məlum olub ki, helikopterdə olanların hamısı həlak olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

Ən çox oxunanalar