Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MM İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını qəbul edib - Yenilənib

Milli Məclis Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik məlumatını qəbul edib...

“Report” xəbər verir ki, hesabat sənədi parlamentin bugünkü toplantısında səsverməyə çıxarılaraq təsdiqlənib.

***

Milli Məclisin yaz sessiyası üzrə plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı müzakirəyə çıxarılıb.

Məlumatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edir.

Qeyd olunub ki, hazırkı məlumat “İnsan alverinə qarşı mübarizə haqqında” qanunun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Baş Prokurorluğun, Ombudsman Aparatının, beynəlxalq təsisatların, 32 mərkəzi və 68 yerli icra hakimiyyəti orqanının, eləcə də Daxili İşlər Nazirliyinin struktur qurumlarının müvafiq sahə üzrə Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin yerinə yetirilməsinin və apardıqları monitorinqlərin nəticələri, təhlilləri, tövsiyələri nəzərə alınmaqla hazırlanıb.

İnsan alveri sahəsində kriminogen durum ötən ildə də nəzarətdə saxlanılıb, bu cinayətin beynəlxalq təhlükəsizliyə ciddi təhdid olaraq qalması, dünyаnın əksər ölkələrində bаş vеrən silаhlı münаqişələrin cоğrаfiyаsının genişlənməsi, ucuz işçi qüvvəsinə оlаn tələbаtın аrtmаsı və s. amillər nəzərə alınaraq profilaktik iş, cinayət təqibi, qurbanların müdafiəsi, əməkdaşlıq və tərəfdaşlıq istiqamətləri üzrə fəaliyyət məqsədyönlü surətdə davam etdirilib.

Poliqon.info


Etiket: Milli Məclis


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ən çox oxunanalar