Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Bir çox media resursları Rəisinin ölümünün əsas problemli tərəfini məhz Xameneyinin varislik məsələsi ilə əlaqələndirilər...

Azər Qasımov: “Hadisə kimlərsə tərəfindən edilibsə, bunun üçün bir qədər gözləmək lazımdır. Çünki adətən bir hadisəni hadisəni planlayanlar, hadisədən sonranı da hesablayıblar”.

“Əgər Rəisinin ölümü üzərindən hansısa gərginlik planları cızılıbsa, tezliklə İranda və ya Yaxın Şərqdə hadisələri gərginləşdirmək istiqamətində addımlar atılacaq”.

Bu sözləri politoloq Azər Qasımov Rəisinin ölümündən sonra İranda baş verə biləcək hadisələri Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi İran prezidentinin dünyasını dəyişməsi ilə İranda hakimiyyətə yeni prezident gələcək. Lakin hazırda İranda əsas məsələ Xameneyinin varisinin kim olmasıdır. Bir çox media resursları Rəisinin ölümünün əsas problemli tərəfini də məhz varislik məsələsi ilə əlaqələndirilər və qeyd edirlər ki, mərhum prezident Xamneyinin əsas varisi idi. Hazırda isə Xameneyinin əsas varisi olaraq onun öz oğlunun adı çəkilməkdəir və qeyd edilir ki, Müctəba Xameneyi Rəisinin ölümündə əsas maraqlı tərəf kimi görünür. İranda prezident seçkilərinin də məhz ali liderlik uğrunda mübarizənin strart xətti kimi dəyərləndirilir.

Bəs, Rəisinin qəfil ölümü İrandakı siyasi mübarizəni hansı istiqamətə daşıya bilər? Bəziləri hətta İranda SEPAH-ın hərbi diktaturasının yaranmasını da istisna etmirlər. Bu baxımdan İranın gələcəyi necə görünür və qarşıdakı proseslərdə mühafizəkarlar öz mövqelərini qoruyub saxlaya biləcəklərmi?

İrandakı siyasi mübarizəni Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Hadisə texniki və hava şəraitinin pis olması səbəbindən baş veribsə, İran dövləti sakitcə yeni prezidentini seçəcək”.

İranın gələcəyi Tehranın yürüdəcəyi siyasətdən asılı olacağını düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, indi hadisələr daha sakit və rahat davam edəcək:

İran İslam respublikası olduğu üçün onların ritorikası ilə desək, İranda prezidentin və rəsmilərin ölümü ilə baş verən helikopter qəzası Allahın bir təqdiri idi. daha doğru olar. Burada hansısa gizli məqamlar axtarmağa ehtiyac yoxdur. Hadisə kimlərsə tərəfindən edilibsə, bunun üçün bir qədər gözləmək lazımdır. Çünki adətən bir hadisəni hadisəni planlayanlar, hadisədən sonranı da hesablayıblar.

Əgər Rəisinin ölümü üzərindən hansısa gərginlik planları cızılıbsa, tezliklə İranda və ya Yaxın Şərqdə hadisələri gərginləşdirmək istiqamətində addımlar atılacaq. Yox əgər belə bir qüvvə ümumiyyətlə yoxdursa, yəni hadisə texniki və hava şəraitinin pis olması səbəbindən baş veribsə, İran dövləti sakitcə yeni prezidentini seçəcək.

Azər Qasımov: “Rəisi əgər ciddi fiqur kimi ortadan qalxıbsa, deməli, İrandaxili proseslər qismən gərginliksiz keçəcək”.

İndi İran daxilində hansısa qüvvələrin hakimiyyətə gəlməsinin yolu Rəisinin ölümü ilə açılıbsa, bunu da təqdiri ilahi adlandırmaq lazımdır. Hər hansı səbəbdən Xamneyinin oğlunun atasının yerinə keçməsi üçün bu ölümlə rahat şərait yaranıbsa, bu da Allahın işidir.

İranın gələcəyi onun yürüdəcəyi siyasətdən asılıdır. Hesab edirəm ki, indi hadisələr daha sakit və rahat davam edəcək. Rəisi əgər ciddi fiqur kimi ortadan çıxıbsa, deməli, İrandaxili proseslər qismən
gərginliksiz keçəcək. SEPAH-ın zatən İran daxilində hərbi diktatura qurduğu bilinəndir. Amma artıq gərginlik İranın özünə zərbə vurur. Daxili gərginlikdən kənar güclər istifadə edir.

Odur ki, çox ciddi sərtləşmələrin olacağını hesab etmirəm. Regional proseslər isə İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Ən çox oxunanalar