Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkilindən sperma bankı ilə bağlı açıqlama: "Yolverilməzdir”

“Həm milli-mənəvi, həm də dini baxımdan yolverilməzdi...”

“Ümumiyyətlə, ölkədə sperma bankının yaradılması məsələsinin, hətta müzakirəyə çıxarılmasının belə əleyhinəyəm. Bu, istər milli-mənəvi, istərsə də elmi və dini baxımdan yolverilməzdir.

Azərbaycan hüquqi və dünyəvi dövlət olsa da, dinimiz İslamdır. İslama görə, uşağın atası, hətta bəlli olsa da, kəbindənkənar övlad sahibi olmaq haram sayılır. Bütün səmavi dinlərdə belə hallar qeyri-məqbul hesab edilir. Heç kim zəmanət verə bilməz ki, sperma bankının yaradılması gələcəkdə bacı-qardaş nikahlarına səbəb olmayacaq”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.

Deputat qeyd edib ki, bu, gələcəkdə millətin genofundunda fəsadlar törədə bilər: “Nəzərə almaq lazımdır ki, Azərbaycan xalqı bütün dünyaya örnək ola biləcək milli dəyərlərə malikdir. Biz gənclərimizi milli ruhda tərbiyə etməyin vacibliyini hər zaman vurğulayırıq. Azərbaycanda əsrlər boyunca formalaşmış müqəddəs ailə institutu mövcuddur. Hər zaman təbliğ edirik ki, Azərbaycan ailələrində övladlar hər iki valideynin himayəsində böyüməlidirlər. Çünki bu cür uşaqlar Vətənə layiqli vətəndaş kimi böyüyürlər. Onu da qeyd edim ki, mən bir genetik kimi də sperma bankının yaradılmasının əleyhinəyəm. Əks halda, xoşagəlməz hallarla üz-üzə qala bilərik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Paris-2024: Sərbəst güləşçisimuz bürünc medal qazanıb

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Məzahir Pənahov:  Vəziyyəti bilə-bilə gərginləşdirən namizədə xəbərdarlıq edilməlidir...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay