Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Bankın yeni kredit qərarı... - Şərtlər daha da sərtləşdirildi...

Mərkəz Bankın yeni qaydası banklara və istehlak krediti götürmək istəyən vətəndaşlara necə təsir edəcək?..

İqtisadçı-alim: “Mərkəzi Bank əməkhaqqı məbləği ilə bağlı qoyulan tələbi problemli kreditlərin qarşısının alınması ilə izah edir. Ancaq, problemli kreditlərin artmasının başlıca səbəbi kredit faizlərinin yüksək olmasıdır”.

“Hazırda, bank aktivlərinin yüksək risk qrupunda olmaması üçün, istehlak krediti faizlərinin orta faiz dərəcəsi və onun dörddə birinin cəmindən yüksək olmamasına çalışılacağı qeyd edilir. Bunun kredit faizlərinə nə dərəcədə təsir edəcəyini demək çətindir”.

Bu sözləri iqtisadçı-alim Vüsalə Əhmədova Mərkəzi Bankın kreditlərlə bağlı verdiyi yeni qərarı PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda rəsmi əməkhaqqının təxminən yarısı və ya bundan çox məbləğdə kredit almaq çətinləşəcək. Belə ki, Mərkəzi Bank rəsmi əməkhaqqının təxminən yarısı və ya bundan çox məbləğdə ayrılan kreditlər üzrə banklara qarşı tələbləri sərtləşdirib. Eyni zamanda, daha yüksək faizli istehlak kreditləri üzrə də tələblər sərtləşdirilib.

Bilirik ki, Azərbaycanda bank sektorunda istehlak kreditləri üstünlük təşkil edir. Mərkəz Bankın yeni qaydası banklara və istehlak krediti götürmək istəyən vətəndaşlara necə təsir edəcək?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Yüksək faizlə verilən kreditlərin 400-600 manat orta aylıq əmək haqqı ilə geri ödənməsi çətinləşir. Bu səbəbdən də problemli kreditlərin həcmi hər il 5,2% artır”.

Bank və müştərinin ortaq investisiya həyata keçirməsinin mümkün olduğunu düşünən ekspert PİA.az-a bildirib ki, investisiya qoyuluşu nəticəsində icra edilən işdən əldə olunan mənfəətin əvvəlcədən müəyyən olunan nisbətdə pay bölgüsü aparılır:

“Mənim bildiyim qədərilə əməkhaqqı miqdarı ilə bağlı qoyulan tələblər sərtləşdirilib. Mərkəzi Bank vətəndaşlara onların rəsmi əməkhaqqı məbləğinin 45-70%-i həddində verilən istehlak kreditlərini risk qrupuna daxil edib. Bu səbəbdən də, vətəndaşlara rəsmi əməkhaqqının təxminən yarısı və bundan çox məbləğdə kredit verilməsi məhdudlaşdırılacaq.

Qeyd edim ki, kreditlərlə bağlı şərtlər zatən o qədər də yumşaq deyildi. Bilirsiz ki, bankdan kredit götürmək üçün rəsmi iş yerinin olması, yaşam xərcləri, əlavə kredit öhdəlikləri, kredit tarixçəsi və s. tələblər nəzərə alınırdı. Kommersiya banklarının əmək haqqı üçün minimal tələbləri hər zaman olub. Bəzi banklar ölkədəki yaşayış minimumundan aşağı əmək haqqı qəbul etmirdi. Əməkhaqqı üçün minimal tələb müxtəlif banklar üzrə 200-500 manat arasında dəyişir.

Həmçinin bilirsiz ki, bankların bir çoxunda qeyri-müştərilərə istehlak krediti heç verilmirdi, həmçinin müxtəlif digər şərtlər qoyulurdu. Məsələn, bir qismində əmək haqqını və ya təqaüdünü sözügedən bankın kartı ilə alan müştərilərə və ya həmin bankda əmanəti olan müştərilərə kredit ayrılırdı. O cümlədən, zamin, müştərinin Abşeron və ya Bakı qeydiyyatının olması şərti qoyulurdu, güc strukturlarında, neft sahəsində və ya nüfuzlu şirkətlərdə çalışanlara üstünlük verilirdi. Bəzi banklar da yalnız lombard krediti təklif edirlər, yəni qızıl-zinət əşyası girov qoymaqla kredit verilir. Ancaq, bütün bu şərtlərə baxmayaraq istehlak kreditləri bankların ümumi kredit portfelinin 50%-nə yaxındır. Çünki, vətəndaşlar buna məcburdur. Vətəndaşın əldə etdiyi gəlir onun qida və geyim xərclərindən əlavə digər istehlak xərclərini qarşılamır.

Vüsalə Əhmədova: “Real sektora verilən kreditlərdə artım müşahidə olunmur, bu da ölkədə investisiya prosesinin zəifləməsinə gətirib çıxaran əsas amildir”.

Yalnız bu ilin yanvar-iyul ayları üzrə verilən istehlak kreditlərinin həcmi 14,9% artıb. Əksinə biznes kreditlərinin bankların ümumi kredit portfelinde həcmi getdikcə azalmaqdadır. Banklar biznes kreditlərinin daha yüksək risk qrupunda olduğunu nəzərə alaraq, biznes kreditlərinin verilməsində maraqlı deyillər. Məsələn, kənd təsərrüfatına qoyulan kreditlər cəmi 3-5% təşkil edir. Ümumiyyətlə real sektora verilən kreditlərdə artım müşahidə olunmur, bu da ölkədə investisiya prosesinin zəifləməsinə gətirib çıxaran əsas amildir.

Mərkəzi Bank əməkhaqqı məbləği ilə bağlı qoyulan tələbi problemli kreditlərin qarşısının alınması ilə izah edir. Ancaq, problemli kreditlərin artmasının başlıca səbəbi kredit faizlərinin yüksək olmasıdır. Kredit faizlərinin yüksək olması bankların aktivlərinin yüksək risk qrupunda olmasına gətirib çıxarır. İstehlak kreditlərinin faizlərinə nəzər salsaq, ən aşağı kredit faizi dərəcəsi 17%-dir, ən yüksək faiz dərəcəsi 30-32%-dir.

Ümumilikdə ölkədəki kommersiya banklarının ortalama kredit faizləri 19-28% arasında dəyişir. Yüksək faizlə verilən kreditlərin 400-600 manat orta aylıq əmək haqqı ilə geri ödənməsi çətinləşir. Bu səbəbdən də problemli kreditlərin həcmi hər il 5,2% artır. Daha öncə, bir açıqlamamızda qeyd etmişdim ki, MB-ın uçot dərəcəsindən asılı olmayaraq kommersiya banklarının kredit faizində hərhansı bir dəyişiklik baş vermir.

Vüsalə Əhmədova: “Problemlərdən çıxış yolu olaraq, əvvəllər də qeyd etdiyim kimi, “interest free banking” sisteminin nəzərdən keçirilməsini tövsiyyə edərdim”.

Təbii ki, kommersiya bankları yüksək faizlə istehlak krediti verməyə və qısa zamanda gəlir götürməyə daha maraqlıdır. Hazırda, bank aktivlərinin yüksək risk qrupunda olmaması üçün, istehlak krediti faizlərinin orta faiz dərəcəsi və onun dörddə birinin cəmindən yüksək olmamasına çalışılacağı qeyd edilir. Bunun kredit faizlərinə nə dərəcədə təsir edəcəyini demək çətindir.

Problemlərdən çıxış yolu olaraq, əvvəllər də qeyd etdiyim kimi, “interest free banking” sisteminin nəzərdən keçirilməsini tövsiyyə edərdim. Beynəlxalq arenada ənənəvi bank xidmətləri təqdim edən bir çox nüfuzlu beynəlxalq maliyyə qurumları var ki, “interest free banking” xidmətləri təklif edirlər. Bu model bir növ investisiya bankı xüsusiyyətini daşısa da, fəaliyyət sistemi və fəlsəfəsi tam fərqlidir. Faizsiz maliyyə sisteminin bir sıra spekulyativ fəaliyyətlərə girişməməsi iqtisadi böhrandan daha az zərərlə çıxmaq üçün zəmin yaradır. Məsələn, ticari əməliyyatların maliyyələşdirilməsində istifadə olunan bir əməliyyat növü var ki, kiçik və orta sahibkarlara qısa və orta müddətli kreditlərin çevik mexanizmlə verilməsini təmin edilir. Bank, müştərisinin istədiyi malı satın alaraq ona təqdim edir, müştəri isə malı satdıqdan sonra malın ilkin dəyərini və satışdan əldə olunan mənfəətin əvvəlcədən müəyyən olunmuş bir qismini banka ödəyir.

Bundan əlavə, bank və müştərinin ortaq investisiya həyata keçirməsi də mümkündür. Ortaq investisiya qoyuluşu nəticəsində icra edilən işdən əldə olunan mənfəətin əvvəlcədən müəyyən olunan nisbətdə pay bölgüsü aparılır. Hər hansı bir zərər yarandıqda isə ortaqlar (bank və müştəri) qoyduqları sərmayə nisbətində risk daşıyırlar. Bu metodla əsasən sənaye və kənd təsərrüfatı sahələrinin maliyyələşdirilməsi təmin edilə bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirilib

Pentaqon İsraili dəstəkləmək üçün Yaxın Şərqdəki qüvvələri yenidən formalaşdırır

“Təhminə” “Zaur”un ad gününü belə təbrik etdi

“Qisas” antiterror əməliyyatından iki il ötür

Ən çox oxunanalar