Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənsimov "Xəzər Lənkəran"ı gizlicə kimin adına keçiribmiş? 

"Xəzər Lənkəran"ı n keçmiş prezidenti Mais Mənsimovun şok əməlinin üstü açılıb...

Bu barədə redaksiyamıza onun yaxın qohumları məlumat verib.

Onların bildirdiyinə görə, sabiq rəhbər klubun adını daşıyan stadionu öz oğlunun adına keçirib. Hadisə 3 il öncə baş verib.

O, böyük qardaşı Mübariz Mənsimovun Türkiyədə həbs olunduğu vaxt saxtakarlığa əl atıb. Arenanın sənədlərini heç kimə xəbər vermədən dəyişdirib və qardaşına məxsus mülkiyyəti övladının adına rəsmiləşdirib.

Mübariz Mənsimov yalnız ilyarım sonra – həbsdən çıxandan bir qədər keçmiş bu hadisədən xəbər tutub. Öz adamlarını Türkiyədən Azərbaycana göndərib, müəyyən hüquqi prosedurlara baş vurub.

Bir müddət davam edən çəkişmə axırda iş adamını öz istəyinə çatdırıb, stadionu təkrar özünə məxsus şirkətin balansına qaytarıb.

Yeri gəlmişkən, "Xəzər Lənkəran"ın Mərkəzi Stadionunda yenidənqurma işlərinə nə vaxt başlanacağı məlum olub.

Martın əvvəlində təmirə bağlanan arenada çalışmalara bugünlərdə start veriləcək.

Eyniadlı klubun və idman qurğusunun sahibi olan Mübariz Mənsimov bu barədə yekun qərar qəbul edib.

Türkiyədə yaşayan və fəaliyyət göstərən iş adamı görüləcək işlərlə bağlı toplantı keçirib və təmirə sərf olunacaq büdcəni təsdiqləyib.

Arena üçün texniki işçilərin seçimi də artıq başa çatmaq üzrədir. Tikintiyə cəlb olunacaq ixtisaslı personal tapılıb.

Daha sonra tikinti işləri davam etdikcə, əlavə işçi qüvvəsi bura gətiriləcək. Yenidənqurmanı yerli şirkətlərdən biri həyata keçirəcək.(Sportinfo.az)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Ən çox oxunanalar