Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə Rafael Cəbrayılovun qardaşı barəsində qərar çıxarıb - Yenilənib, Foto

Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

APA xəbər verir ki, Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilməyib. Məhkəmə istintaq orqanının təqdimatının əsassız olduğu qənaətinə gəlib. Elşən Cəbrayılov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Elşən Cəbrayılov aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub.

Vətəndaşlar şikayətində qeyd ediblər ki, aldıqları mənzillər E.Cəbrayılov tərəfindən başqa şəxslərə də satılıb.

Nərimanov Rayon Polis İdarəsinin İstintaq İdarəsində onunla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanılıb.

Xatırladaq ki, E.Cəbrayılov mərhum qardaşı R.Cəbrayılovun cinayət işi üzrə şahid qismində tanınır. O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

İttihama görə, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib. Onun cinayət işi üzrə məhkəmə iclası hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

R.Cəbrayıov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.

***

Keçmiş deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun saxlanılması ilə bağlı yeni məlumatlar əldə etmişik.

PİA.az xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, Rafael Cəbrayılovla bağlı cinayət işində zərərçəkmiş kimi tanınan şəxslər Elşən Cəbrayılovun həbsini tələb etsələr də, keçmiş deputatın qardaşı tamamilə başqa şəxslərin şikayəti əsasında saxlanılıb.

Yəni, Elşən Cəbrayılovun saxlanılmasının "Cəbrayılov işi” ilə əlaqəsi yoxdur. Baxmayaraq ki, bu işdə əsas fiqurantlardan biri də odur.

Hətta Rafael Cəbrayılov məhkəmə proseslərində zərərçəkmişlərin pulunu qardaşının mənimsədiyini demişdi. Bundan başqa, Rafael Cəbrayılovun xanımı Aida Cəbrayılova bir neçə dəfə Elşən Cəbrayılovla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib.

Rafael Cəbrayılov həbs ediləndə Elşən Cəbrayılov ölkədə olmayıb. O, Türkiyədə Bəydüzü adlanan ərazidə inşaat işləri ilə məşğul imiş.

İddialara görə, Elşən Cəbrayılov qardaşının da pullarını və əmlaklarını mənimsəyib. Bu baxımdan, Rafael Cəbrayılovun ailəsi də onun məsuliyyətə cəlb olunmasında maraqlı olub.

Elşən Cəbrayılovun saxlanılmasını Daxili İşlər Nazirliyi təsdiqləyib. O, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

"Cəbrayılov işi”ndə zərərçəkmiş kimi şəxslər Elşən Cəbrayılovun bu iş üzrə də mühakimə olunmasını istəyir. Zərərəçəkmişlərin sözlərinə görə, bununla bağlı növbəti proseslərdə vəsatət qaldıracaqlar. "Rafael Cəbrayılov özü deyirdi ki, bu oyunları bizim başımıza qardaşı açıb. Ona görə də Elşən Cəbrayılov bizim iş üzrə də mühakimə olunmalıdır. Bütün məsuliyyəti Elşənin Cəbrayılovun üstünə atırdı”, deyə zərərçəkmişlər bildirib.

Qaynarifo Elşən Cəbrayılovun fotosunu əldə edib. Fotonu təqdim edirik.

***

Keçmiş deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov saxlanılıb.

PİA.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Elşən Cəbrayılovun saxlanılması dələduzluq faktı ilə bağlıdır. Bu gün onun barəsində həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

Rafael Cəbrayılovun hüquqi varisi olan xanımı Aidə Cəbrayılovanın vəkili Vüqar Kazımov xəbəri təsdiqləyib:

"Elşən Cəbrayılovun 2 gün əvvəl saxlanılıb. Güman ki, bu gün onun barəsində müvafiq qərar veriləcək. Onun nədə ittiham olunduğunu dəqiq deyə bilmərəm. Deyəsən, dələduzluğa görədir”.

Xatırladaq ki, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rafael Cəbrayılov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişdiyi üçün məhkəmədə onu hüquqi varisi Aidə Cəbrayılova təmsil edir.

Son məhkəmə proseslərində zərərçəkənlər Elşən Cəbrayılovun həbsini tələb edirdi. Rafael Cəbrayılovun xanımı Aida Cəbrayılova isə Elşən Cəbrayılovla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişdi. Onun müraciətində Elşən Cəbrayılovun 8 milyon manat məbləğində vergi ödənişindən yayındığı qeyd edilmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Antiterror əməliyyatının indiyədək açıqlanmayan detalları

Rusiyada Vahid Səsvermə Gününün birinci günü keçirilir: qubernator, mer və deputatlar seçilir

Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası: Beynəlxalq KİV-lər İlham Əliyevin Cernobbio Forumundakı çıxışından yazıb

Ən çox oxunanalar