Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehdiyevlərin yeni biznesi: Novxanıda hektarlarla meyvə bağları – Faktlar

“Mərəndi” MMC-nin də Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus olduğu bildirilir...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı – BDU-nun kafedra müdiri, professor Mehdiyeva Qalina Yuriyevna Novxanıda 42 hektar sahədə meyvə bağı salıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilən “Su qrafiki”nə görə Qalina Mehdiyevaya bu ilin may-sentyabr ayları ərzində 42 hektar meyvə bağını suvarmaq üçün 210 min kub metr su verilib.

Qeyd edək ki, daha əvvəl Novxanı qəsəbəsində professor Qalina Mehdiyevaya məxsus böyük torpaq sahəsinin olduğu barədə məlumat vermişdik. Kənd Təsərrüfatı Nazirliyinin 2015-2017-ci illər üçün açıqladığı məlumatlarda göstərilirdi ki, Novxanı kəndində subsidiya alan yalnız 2 fermer təsərrüfatı olub. Onlardan biri Mehdiyeva Qalina Yuriyevnaya (113 hektar), digəri isə onun oğlu Mehdiyev Teymur Ramiz (42 hektar) oğluna məxsus olub. Rəsmi məlumatlarda göstərilirdi ki, bu iki şəxsdən başqa Novxanı kəndində subsidiya alan torpaq sahibi olmayıb.

Nazirliyin açıqladığı sonuncu “Su qrafiki”ndə isə göstərilir ki, hazırda Novxanı qəsəbəsində su növbəsində olan bir-neçə fermer təsərrüfatı var. Qeyd etdiyimiz kimi 42 hektar Qalina Mehdiyevaya, 100 kektar “AFH Everton”a, 131 hektar isə “Mərəndi” MMC-yə məxsusdur.

Məlumat üçün qeyd edək ki, “Mərəndi” MMC-nin də Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus olduğu bildirilir. Hazırda bu MMC-nin dövlət büdcəsinə böyük həcmdə – 572 min 21 manat 4 qəpik vergi borcu var. “Mərəndi” MMC bu il Novxanıda 100 hektar ərazidə üzüm bağına, 31 hektar ərazisdə isə zeytun bağına sahib olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay