Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Maskaya görə yazılan cərimələr silinməlidir” - Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri: “Maskaya görə yazılan cərimələri həll edə bilərlər. Bu elə də böyük məsələ deyil”.

Xəbər verdiyimiz kimi Nazirlər Kabinetinin Qərarına əsasən xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb. Mayın 1-dən etibarən isə maska taxmaq ləğv edildi. Bəllidir ki, maskaya görə cərimə olunanların yarıdan çoxu sosial vəziyyəti yaxşı olmayan vətəndaşlardır.

Bəs maskaya görə cərimə olunan vətəndaşların cərimələri silinməlidirmi?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Düşünürəm ki, cənab Prezident cərimələrin silinməsi ilə bağlı addım atacaq”.

Onsuz da cərimələri çox vətəndaşların ödəmədiklərini vurğulayan partiya sədri bildirib ki, onların sosial vəziyyəti cərimə ödəmələrinə imkan vermir:

“İlk növbədə onu qeyd edim ki, koronavirusa görə bəzi məhdudiyyətlərin aradan qaldırılması müsbət addımdır. Tək ölkəmiz deyil, dünya bu bəladan tamamilə qurtarsa, çox yaxşı olardı. Çünki bu bəlaya görə insanların yaşayış səviyyəsi çox aşağı düşdü. Çox iş yerləri bağlandı. Bu azmış kimi də cərimələr tətbiq edildi. Bu vaxta qədər tətbiq olunan cərimələrə görə əhali arasında öz narazılıqlarını bildirənlər çox oldu.

İndi də qapalı məkanlarda maska taxmaq məcburiyyəti ləğv edildi. Düşünürəm ki, maskaya görə yazılan cərimələr də silinməlidir. Əgər bu addım atılsa, bu əhali arasında çox böyük humanist addım kimi qiymətləndirilər. Prezident humanist adamdır. Buna görə də hesab edirəm ki, Prezident ölkədəki vəziyyəti, xalqın bəzi hissəsinin vəziyyətinin ağır durumda olmasını, əhalinin o cərimələri verə bilməməsini nəzərə alacaq.

Hafiz Hacıyev: “Əgər bu məsələni cənab Prezidentə çatdırsalar, o bu yöndə xeyirxah addım atacaq”.

Maskaya görə yazılan cərimələri həll edə bilərlər. Bu elə də böyük məsələ deyil. Çünki bu cərimələr elə də böyük məbləğ olmaz. Ola bilər ki, bu cərimələr 2 milyon olsun. Bu məbləği də dövlət silə bilər. Düşünürəm ki, əgər bu məsələni cənab Prezidentə çatdırsalar, o bu yöndə xeyirxah addım atacaq.

Onsuz da cərimələri çox vətəndaşlar ödəmirlər. Yəni onların sosial vəziyyəti imkan vermir ki, onlar cərimə ödəsinlər. Buna görə Prezident bu addımı atsa, yüksək səviyyədə xalqın alqışına səbəb olacaq. Hər bir halda düşünürəm ki, cənab Prezident cərimələrin silinməsi ilə bağlı addım atacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Bakıda ata və onun azyaşlı oğlunu avtomobil vurub

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Ən çox oxunanalar