Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maska alveri edənlərdən biri Riad Məmmədov imiş... - Video

Daxili İşlər Nazirliyi bir neçə gün öncə koronavirus epidemiyası ilə bağlı tibbi maska qıtlığı yaranan ərəfədə ölkədən bir milyondan çox maska çıxarmaq istəyən şəxsləri saxlamışdı...

Qafqazinfo-nun verdiyi xəbərə görə, onların arasında “Avromed” şirkətinin baş direktoru Əzizə Baxşıyevanın həyat yoldaşı Riad Məmmədov olub.


R.Məmmədov Bakıda aptek şəbəkəsinə rəhbərlik edir.

Əldə etdiyimiz məlumata görə, R.Məmmədov həbs edilməsə də, bu işlə bağlı araşdırmalar davam etdirilir. Yekunda o və onunla birgə saxlanılanların əməlinə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, DİN-in sözügedən əməliyyatla bağlı yaydığı açıqlamada qeyd olunurdu ki, son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək, qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, aralarında xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb.

Xatırladaq ki, Əzizə Baxşıyeva martın 5-də REAL TV-yə müsahibə verərək, ölkədə yaranan maska qıtlığından danışaraq, bütün ölkəni lazımi qədər maska ilə təmin etdiklərini bildirmişdi.

O qeyd edib ki, insanlara lazım olandan daha çox maska alıb evə yığdığı üçün bu sahədə çətinlik yaranıb. Lakin onun əri Riad Məmmədov bir milyondan çox maskanı alıb kirayəyə götürdükləri evdə saxlayaraq, qıtlıq yaratmaqda ittiham edilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar