Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marneuli meri Kirovka kəndinə yeni adın verilməsi ilə bağlı mövqeyini açıqlayıb

Gürcüstanın Marneuli şəhərinin meri Kənan Ömərov Kirovka kəndinin bir qrup sakini ilə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə kəndin adının dəyişdirilməsi məsələsi müzakirə olunub.

Kənd sakini Canpolad İbadov “Report”a bildirib ki, merə yerli icmanın kəndin tarixi Mamey adının bərpası ilə bağlı tələbi çatdırılıb: “Kənd sakinlərinin 100 faizi tarixi toponimin qaytarılmasını dəstəkləyir. Görüşdə təklif olunan gürcücə iki yeni adın bizim üçün qəbulolunmaz olduğu diqqətə çatdırılıb. Mer yerli əhalinin istəyinin nəzərə alınacağını bildirib”.

Görüşdə iştirak edən “Salam” gənclər platformasının üzvü Benyamin Qasımoğlu da deyib ki, Marneuli meri kənd sakinlərinin istəyinə zidd qərarın qəbul edilməyəcəyini bildirib: “Ümid edirik ki, Kirovka sakinlərinin müraciəti nəzərə alınacaq və icma üçün yad olan ad verilməyəcək”.

Onun sözlərinə görə, kənd sakinləri adından Marneuli meriyası və bələdiyyə rəhbərliyinə aprelin 26-da təqdim olunan müraciətdə də Mamey adının bərpası tələbi yer alıb: “Kəndin adının dəyişdirilməsi prosesində sakinlərin rəyi mütləq nəzərə alınmalıdır”.

Qeyd edək ki, soydaşlarımızın yaşadığı Kirovka kəndi üçün yeni ad kimi Mtsvane qora (yaşıl/göy təpə) və Meqobroba (dostluq) adları nəzərdən keçirilir. Kəndin köhnə adının Mamey olduğunu sübut edən bir neçə tarixi mənbə var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay