Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Manatın devalvasiyası qaçılmazdır” - Qubad İbadoğlu

“Mərkəzi Bankın  pulun üzərində diktaturanı inzibati yollarla gücləndirmək siyasəti Azərbaycana xarici sərmayə qoyuluşunda maneələri daha da artırır”.

PİA.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

“Ötən ilin əvvəlindən başlayaraq,  hər bir Azərbaycan  vətəndaşına şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilirdi. 12 ay ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici valyuta satılmırdı,  onlara tezliklə balansın sıfırlanacaqı və yenidən satışın bərpa ediləcəyi bildirilmişdi. Lakin 12 ay müddəti başa çatsa da, limiti aşan  vətəndaşlara bildirilir ki, balans Mərkəzi Bank tərəfindən sıfırlanmayıb, bu səbəbdən də onlara dollar satılmır.

Belə yanaşma əhali arasında dollar ajiotajı yaradır, qara valyuta bazarları yenidən aktivləşir, devalvasiya söhbətləri də artır.

Görünür ki, Mərkəzi Bank bununla əhalinin dollara tələbatını süni sürətdə aşağı salır. Əslində əhali arasında  dollara tələbat pandemiya ilə əlaqədar olaraq xarici səfərlərin azalması səbəbindən aşağıdır.

Bəs, onda Mərkəzi Bank nədən narahatdır? 

Bu il Azərbaycanda xarici borclara xidmət üzrə öhdəliklərinin bütün səviyyələrdə (dövlət, özəl) kəskin artımı müşahidə olunur. Bu tendensiya növbəti illərdə daha da güclənəcək. Odur ki, manatın devalvasiyası qaçılmazdır, sadəcə  zamanın məsələsidir” – Q.İbadoğlu qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

Ən çox oxunanalar