Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maksim Şevçenko: “İt hürər, karvan keçər”

Erməni KİV-lərində Bakı, Moskva və Ankaranın Qarabağdakı müharibənin nəticələrini legitimləşdirə bilmədiklərinə dair fikirlər dərc edilir.

Məsələn, bu barədə İrəvanda çap olunan “Lragir” qəzeti yazır və bununla da Ermənistanda revanşist hissləri qızışdırır.

Niyə erməni cəmiyyətinin yeni reallıqları başa düşmək istəyi yoxdur?

Tanınmış rusiyalı jurnalist və ictimai xadimi Maksim Şevçenko Media.Az-a verdiyi müsahibədə bildirib ki, Ermənistanda real vəziyyət barədə anlayış var, lakin heç də hamıda yox.

“Ümumiyyətlə, bu cür yazılara və açıqlamalara “it hürər, karvan keçər ”prinsipi ilə yanaşmaq lazımdır. Azərbaycan-Rusiya və Türkiyə-Rusiya münasibətlərindəki irəliləyiş, Azərbaycan-Türkiyə inteqrasiyası kimi qaçılmazdır. Küçə itlərinin hürməyinə fikir verməyə dəyməz”, deyə M.Şevçenko qeyd edib.

Həmsöhbətimizin sözlərinə görə, Ermənistanda müharibəyə nifrət edən və nasist təbliğatının girovu olmaq istəməyən çox sayda ağıllı insan var:

Azərbaycan və Türkiyə ilə əməkdaşlığın Ermənistana bir dövlət olaraq böyük bir şans qazandıracağını başa düşənlər var. Tərəzinin iki gözü var. Onun birində “Artsax”, “Ararat” və II Tiqrandan bəhs olunan “mistik erməni ruhu”, digərində isə millətçilərin, nasistlərin ağılsızlığından əziyyət çəkən xalqın Ermənistan adlı dövləti var.

Mən düşünürəm ki, Ermənistanı erməni qanı daşıyan beynəlxalq quldurların əlindən qurtarıb həqiqi müstəqilliyin əldə edilməsinə kömək etmək lazımdır. Erməni xalqı Azərbaycan və Türkiyə ilə yaxşı, işgüzar əlaqələr qurmalıdır. Bunun üçün müqavilədə göstərilənlərin hamısını həyata keçirmək, Azərbaycan ərazisində yaşamaq istəyən ermənilərə təhlükəsizliyinə zəmanət vermək lazımdır. Onsuz da Prezident İlham Əliyevin mövqeyi əvvəldən tam olaraq belə idi”, deyə tanınmış rusiyalı jurnalist vurğuladı.

Müsahibimiz Azərbaycanla Türkiyəni birləşdirəcək Zəngəzurla Naxçıvan arasındakı nəqliyyat dəhlizinin inşasının vacib bir məqam olduğunu qeyd edib:

“Dərc edilən müxtəlif yazılara fikir vermək lazım deyil, Qafqazın, Kiçik Asiyanın hətta Avrasiyanın qarşıdakı onilliklər ərzində mənzərəsini dəyişdirəcək ciddi strateji nəticələrə nail olmaq gərəkdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Ən çox oxunanalar