Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Macarıstan XİN: İsveç NATO-ya daxil olmasına mane olan hərəkətlər edir

Macarıstanın xarici işlər naziri Peter Siyyarto isveçli həmkarı Tobias Billströmə yazdığı məktubda ölkəsinin hərəkətlərinin NATO-ya üzvlük yolunda maneə olduğu barədə xəbərdarlıq edib...

Poliqon xəbər verir ki, nazir məktubu Facebook-da dərc edib. Siyyartoya görə, Macarıstan parlamenti İsveç siyasətçilərinin bəyanatlarından, o cümlədən onların səsləndirdiyi “ciddi, qərəzli, ədalətsiz ittihamlardan” narazı olduğu üçün İsveçin NATO-ya daxil olması ilə bağlı sazişi hələ də ratifikasiya etməyib.

Peter Siyyarto iddia edir ki, İsveç məktəblərində Macarıstan demokratiyasının canlılığını “sual edən” maarifləndirici film nümayiş etdirilir. Filmdə son illərdə Macarıstanda demokratiyanın tənəzzülə uğradığına dair ciddi iddialar və yalan məlumatlar var. Eyni zamanda, İsveç Macarıstandan Şimali Atlantika Alyansına qoşulmaq üçün ərizəsini təsdiq etməyi xahiş edir.

“Əminəm ki, siz iki fenomen arasındakı ziddiyyəti başa düşürsünüz. Deputatlarımızı NATO-ya daxil olmanızı təsdiq etməyə çağırırsınız, amma özünüz onları Macarıstanda demokratiyanı məhv etməkdə ittiham etməkdə davam edirsiniz. İndi bu ziddiyyət daha da kəskinləşib və sizin tələblərinizin yerinə yetirilməsinə kömək etmir”, deyə Siyyarto bildirib.

İsveç parlamenti ölkənin alyansa daxil olmasını martın 22-də, Finlandiya parlamenti isə martın 1-də analoji qərar qəbul edib. Finlandiya aprel ayında NATO-ya qəbul edilib. İsveçin müraciətləri hələ ki, yalnız Macarıstan və Türkiyə tərəfindən təsdiqlənməyib. Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, NATO-ya üzv olmaq üçün İsveç terrorla mübarizəyə başlamalıdır. İsveç Xarici İşlər Nazirliyi Türkiyənin payızda ərizəsini təsdiqləyəcəyini gözləyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay