Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lentsov Bakıdan əliboş yola salınıb, ən qısa vaxtda yenidən...” – Nersisyan

"Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Aleksandr Lentsovun Bakıda apardığı müzakirələr nəticə verməyib".

Poliqon.info teleqraf.com-a istinadən xəbər verir ki, bunu Xankəndidəki separatçı rejimin "dövlət naziri" Qurgen Nersisyan deyib.

"Məlum olduğu kimi, general-polkovnik Lentsov başda olmaqla Rusiya sülhməramlı qüvvələrinin komandanlığı bu həftə Bakıda olub və Qarabağdakı durumu müzakirə edib. Müzakirələrin nəticələrinə görə, vəziyyəti dəyişmək üçün razılığa gəlmək mümkün olmayıb. Ən qısa müddətdə yeni görüş planlaşdırılır, bunun nəticələri əlavə olaraq bildiriləcək", - separatçı bildirib.

General Lentsov mayın 4-də Azərbaycanın paytaxtında olub. Məlumata görə, Bakıya gəlməmişdən əvvəl baş separatçı Araik Arutyunyan Lentsovdan Azərbaycanın Laçın yolunun başlanğıcındakı sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsi üçün Rusiya tərəfinin addım atmasını istəyib. Separatçılar bu məsələ ilə əlaqədar Bakıya gələnədək rus generalla iki dəfə görüşüblər. Görünən budur ki, Lentsov Bakıda həm separatçıların, həm də Moskvanın istəyinə nail ola bilməyib.

Poliqon.info 


Etiket: Nersisyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar